Betmen

Betmen
ing. Batman
"Batman №608" buraxılışının üz qabığından olan təsvir. Rəssam: Cim Li, konturçu: Skott Vilyams.
Nəşriyyat ABŞ DC Comics
Yayım tarixi "Detektiv komiksləri" #27 (may, 1939)
Yaradıcı(lar) Bill Finger
Bob Keyn
Xüsusiyyətlər
Əsl adı Brüs Ueyn
Doğum yeri
Cinsiyyəti kişi
Boyu 188 sm[1]
Çəkisi 95 kq[1]
Göz rəngi mavi
Saç rəngi qara
Növü insan
Vətəndaşlıq
Təhsili
Komiks bioqrafiyası
Kainat yaxşı
Üzvlükləri Betmen ailəsi
Ədalət Liqası
Yadlar
Birləşdirilmiş Betmen
Bütün Millətlərin Betmenləri
Partnyorları Alfred Penniuort
Robin
Betgörl
Ceyms Qordon
Pişik-qadın
Supermen
Düşmənləri Cinayətkarlar, hakimiyyətin satqın nümayəndələri. Supercanilər: Coker, İki simalı, Pinqvin, Zəhərli Sarmaşıq, Cənab Friz, Uyuq, Gilüzlü və digərləri
Ləqəbləri Qara cəngavər
Qotem mühafizəçisi
Detektiv Houk
Tomas Kviqli
Frenk Dikson
Gücləri

    • Dahilik səviyyəsində olan intellekt, elmin bir çox sahələrində geniş biliklər
    • Dünyanın ən yaxşı xəfiyyəsi
    • İnsanın fiziki inkişafının pik səviyyəsi
    • Dünyanın bir çox döyüş sənətinin ustası
    • Maskalanmanın və gizliliyin ustası
    • İradənin böyük gücü
    • Böyük maliyyə imkanları
    • Yüksəktexnoloji qurğulara giriş
    • Zirəklik və diribaşlıq
    • Təzyiq və qorxutma ustası
    • Bacarıqlı qılıncoynadan
    • Sərrast atıcı
    • Qaçış bacarığı
Silahları Yarasa bumeranqlar

Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır.[2] İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi.

Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır[3]. Betmen haqqında bəhs edən başlıca hadisələr, özündə Nyu-YorkÇikaqo şəhərlərinin elementlərini birləşdirmiş uydurma Qotem şəhərində cərəyan edir[4][5][6][7]. Bir neçə ikincidərəcəli personajların, həmçinin partnyoru olmuş Robinin, eşikağası Alfredin, polis komissarı Ceyms Qordonun və bəzən də superqəhrəman qadın Betgörlün birgə səyləri sayəsində, Betmen Qotem-Siti şəhər hakimiyyətinin satqın nümayəndələrinə, əxlaqsız cinayətkar cəmiyyətə, həmçinin Cokerin, İki Simalının, Zəhərli Sarmaşıq və Pinqvin adlı mənfi personajların üzv olduqları cani qruplara qarşı durur[8]. Superqəhrəmanların əksəriyyətindən fərqli olaraq, Betmen fövqəltəbii qüvvəyə malik deyil, lakin öz intellekti, peşəkar döyüş sənəti bacarığı, elmdə və texnikada olan bilikləri, həmçinin dayanıqlı iradəsi ilə düşmənləri qorxutmağı və geri çəkilmələrinə müvəffəq olur. Daim qarşı durduğu cinayətkarlardan fərqli olaraq, Betmen heç vaxt heç kəsi öldürmür və qisasçılıqla məşğul olmur.

Yarandığı dövrdən etibarən, Betmen çox qısa bir zamanda geniş populyarlıq qazandı və eyniadlı şəxsi komiks silsiləsini nəşr etmək hüququnu əldə etmiş oldu. Vaxt ötdükcə baş qəhrəmanın müxtəlif izahlı versiyaları yaradılmağa başlandı. 1966-cı ildə "Betmen" teleserialının efirdə çıxışından sonra aktyor Adam Uest tərəfindən təcəssüm edilmiş Betmen obrazı çox illər boyunca komikslərdə istifadə olunurdu. 1980-ci illərdə Qara cəngavərə daha qorxunc zahiri görünüşün geri qaytarılması qərara alınmışdır və həmin yeni obraz, Frenk Millerin müəllif olduğu, 1986-cı ildə işıq üzü görmüş Batman - The Dark Knight Returns (azərb. Betmen: Qara cəngavərin qayıdışı‎) adlı mini komiks serialında öz əksini tapmışdır.

Miller tərəfindən təkrarən yazılmış yeni obraz, daha sonralar rejissor Tim Börton tərəfindən 1989-cu ildə ekranlaşdırılmış "Betmen" və rejissor Kristofer Nolan tərəfindən 2005-ci ildə təkrarən çəkilmiş "Betmen: Başlanğıc" filmlərinin yaradılması üçün əsas olmuş və personajın məşhurluğunu dirçəltməyə imkan yaratmışdır[9]. Mədəni ikona qismində, Betmen obrazı kino, televiziya və kitablar üçün adaptasiya edilmiş, həmçinin videooyunlar, oyuncaqlar və geyimlər kimi bütün dünyada satılan malların müxtəlif növlərində meydana çıxırdı. Hal-hazırda Betmen IGN-in "Bütün zamanların 100 ən yaxşı komiks qəhrəmanı" siyahısında ikinci yeri tutaraq, SupermenHörümçək-adam ilə birlikdə ən tanınmış superqəhrəmanların üçlüyünə daxil olur[10].

  1. 1 2 Prospero. "50 years of Batman on film: how has his physique changed?" (ingilis). economist. 2016-03-28. 2016-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24. Ironically, data collected by Moviepilot suggest that since Batman first appeared in feature-length films 50 years ago, Mr West has been the closest in physique to the Gotham crusader as specified in the comic books: 6'2" (1.88m) tall, and weighing 210 pounds (95kg).
  2. Bill Finger (w), Bob Kane (p). "The Case of the Chemical Syndicate" Detective Comics #27 (May 1939), DC Comics
  3. Beatty Scott, pp. 40—44
  4. Batman (vol. 1) #242 (June 1972)
  5. Detective Comics (vol. 1) #846 (September 2008)
  6. Mackeever, Samuel Anderson. Glimpses of Gotham ; and, City characters (2). New York: National Police Gazette Office. 1980. 2014-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
  7. Steranko, Jim. The Steranko History of Comics. Reading, Pa.: Supergraphics. 1970. səh. 44. ISBN 0-517-50188-0.
  8. Pearson; Uricchio. "'I'm Not Fooled By That Cheap Disguise.'" p. 186.
  9. "The Big Question: What is the history of Batman, and why does he still appeal?". The Independent (ingilis). London. 22 июля 2008. 2008-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
  10. "Batman — Top 100 Comic Book Heroes" (ingilis). IGN Entertainment. 2011-05-27. 2012-05-20 tarixində arxivləşdirilib.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search