Bibliometriya

Bibliometriya (ing. bibliometrics) – mətn və informasiyanın ölçülməsi üçün istifadə olunan metodlar çoxluğu.

Adətən istinad analizində (citation analysis) və kontent-analizdə (content analysis) bu metodlardan istifadə olunur. Baxmayaraq ki, bibliometrik metodlar daha çox kitabxana və informasiya elmi sahəsində istifadə edilir, başqa sahələrdə də geniş tətbiq oluna bilər. Bir çox tədqiqat sahələri bibliometrik metodlardan tədqiqatçıları və ya məqaləni qiymətləndirmək üçün istifadə edirlər.

Bibliometriya termini ilk dəfə 1969-cu ildə ingilis alimi Alan Priçard (Alan Pritchard) tərəfindən riyazi və statistik metodları tətbiq etməklə kitabların, dövri nəşrlərin və digər çap məhsullarının qiymətləndirilməsi üçün istifadə edilmişdir


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search