Botnet

DDoS hücumunu göstərən Stacheldraht botnet diaqramı. (Qeyd edək ki, bu, həm də botnetin müştəri-server modelinin bir növüdür.)

Botnet (ing. Botnet, "robot" və "network" (şəbəkə) sözlərindən) − istifadəçinin xəbəri olmadan kompüteri məsafədən idarə etməyə imkan verən ziyankar proqramlarla[1]botlarla yoluxmuş kompüterlərdən ibarət şəbəkə.

Bot istifadəçinin kompüterində gizli quraşdırılan və bəd niyyətli şəxsin yoluxmuş kompüterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməsinə imkan verən proqramdır.[2]

Botnetlər adətən spam göndərilməsi, konfidensial informasiyanın toplanması, xidmətdən imtina hücumları (Dos-hücum), fişinq və s. üçün istifadə edilir.[3]

  1. "Thingbots: Əşyaların İnternetində Botnetlərin Gələcəyi". Security Intelligence. 2016-02-20. 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-28.
  2. "botnet". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
  3. "Cert.az - Əsas anlayışlar". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-06.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search