CNET

CNET
Loqonun şəkli
URL cnet.com
Tipi Xəbər saytı
Açılma tarixi 5 mart 1994
Alexa reytinqi
  • 152 (28 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CNET ("Computer Network" sözünün qısaldılmış versiyası) — qlobal miqyasda texnologiya və istehlak elektronikası ilə bağlı rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar dərc edən amerikan media veb-saytı. CNET, internet televiziya şəbəkəsi olan CNET Video və onun podkastbloq şəbəkələri vasitəsilə yeni media yayımlama üsullarını tətbiq etməzdən əvvəl ilkin olaraq radio və televiziya məzmununu öz internet saytında təqdim edirdi.

1992-ci ildə Halsi Minor və Şelbi Bonni tərəfindən əsası qoyulmuşdu və CNET Networks-ün flaqman brendi idi. 2008-ci ildə həmin bölmənin CNET Networks-ü alması ilə CBS Interactive brendinə çevrildi.[2][3] 30 oktyabr 2020-ci ildən Red Ventures-a məxsusdur.[4]

İngilis dilindən başqa, CNET-in regiona və dilə aid nəşrlərinə çin, fransız, alman, yapon, koreya və ispan dilləri daxildir.

  1. Alexa Internet (ing.). 1996.
  2. "CBS to buy CNET Networks". CNET. May 15, 2008. October 11, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 15, 2008.
  3. "CBS Corporation completes acquisition of CNET Networks; merges operations into new, expanded CBS Interactive Business Unit". CBS Corporation. June 30, 2008. August 29, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 30, 2008.
  4. "Red Ventures Announces Closing of Acquisition of CNET Media Group". PR Newswire (ingilis). 2020-10-30. June 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search