Ekzoplanet

Alimlərin təsəvvürünə görə ekzoplanet (qaz nəhəngi)
Nəzəri cəhətcə mövcud olan ekzoplanet — iki peykli planet-okean

Ekzoplanet (q.yun. εξω, exo — kənarda) və ya günəşdənkənar planet — Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planet. Bu ulduzlar Günəşdən uzaqda — 4,22 işıq ili məsafəsində yerləşir. Ona görə də onları kəşf etmək mümkün olmurdu. Məsələ 1980-ci illərdə həll edilməyə başlandı[1]. Onlar elmi metodların təkmilləşməsi nəticəsində aşkar olundu.

2016-cı ilin fevralına 1321 planet sistemində 2073 ekzoplanetin mövcud olması təsdiqlənmişdir. Onlardan 507-də birdən cox planet vardır. Süd yolundakı ekzoplanetlərin ümumi sayı hazırda 100 milyard təşkil edir. Onlardan təxminən 5-dən 20 milyarda qədəri mümkündür ki, "Yerəoxşar" olsunlar. Məlum ekzoplanetlərin əksəriyyəti qaz nəhəngləridir və daha çox Yupiterə oxşayırlar. Aydındır ki, bu aşkaretmə metodlarının məhdud olması ilə izah olunur (qısa periodlu böyük kütləli planetləri aşkar etmək asandır).[2]

  1. Ирина Якутенко. "Заполняя пустоту" (rus). Lenta.ru. 2011-02-03. 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  2. Kamal Hüseynov "Ekzoplanetlər"

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search