Estafet

[ölü keçid]Viskonsin Universiteti üçün final oyunçusu

Estafet (fr. estafette - elçı, mesajçı) — komanda üzvlərinin müəyyən bir yarış marşrutunun hissələrini tamamladığı yarışmadır. Estafet yarışları peşəkar yarışlar və həvəskar oyun forması kimi keçirlir. Estafet zamanı qaçış, oriyentasiya, üzgüçülük, xizək sürmə, biatlon və ya konkisürmə geniş yayılmışdır. Olimpiya Oyunlarında yüngül atletikanın bir hissəsi olan bir neçə növ estafet yarışları mövcuddur. Əksər estafetlərdə komanda üzvləri bərabər məsafələri əhatə edir: həm kişilər, həm də qadınlar üçün olimpiada tədbirlərində məsafə 400 metr (4 × 100 metr) və 1600 metr (4 × 400 metr)-dir. Bəzi qeyri-olimpiada estafetləri 800 m, 3200 m və 6000 m məsafələrdə keçirilir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search