Farnavazianlar

Farnavazianlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Farnavazianlar[1] (gürc. ფარნავაზიანები) — e.ə. 299-cu ildən İberiyada hökm sürən bu adla tanınan bir neçə çar sülaləsi.[2]

Birinci sülalə e.ə. 299-cu ildə Selevkilərin köməyi və hökmranlığı ilə hakimiyyətə gələn I Farnavaz (e.ə. 299–234) tərəfindən qurulmuşdur. İkinci sülalə (həmçinin, Nəmrudilər) e.ə. 159-cu ildə qurulmuşdur. I Mirianın Yervandilər və ya Mehranilər sülaləsindən gəldiyi ehtimal edilir. Mirian birinci sülalənin sonuncu çarı I Saurmaqın kürəkəni idi.[2]

Üçüncü sülalə b.e. 1-ci ilində II Farnavazın nəvəsi çar I Farsman tərəfindən qurulmuşdur. 189-cu ildə Farnavazianlar sülaləsindən olan sonuncu İberiya çarı II Amazaspın bacısından Ermənistan kralı II Vağarşın oğlu I Rev öz əmisini devirmiş və bununla da Arşakilər sülaləsinin İberiya qolunu yaratmış, nəticədə sülalə hakimiyyətdən devrilmişdir.[2]

  1. FARNAVAZ // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  2. 1 2 3 Кирилл Туманов «Chronology of the Early Kings of Iberia», Traditio, Vol. 25 (1969), pp. 8-17. Издано: Fordham University

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search