Femisid

Çilidə qadın qətllərinə həsr edilmiş abidə, 2007

Femisid (ing. femicide) və ya feminisid (isp. feminicidio) — cinsigender əsaslı nifrət cinayəti terminidir və geniş mənada "qadınların (və ya qızların) qadın olduqları üçün qəsdən öldürülməsi" kimi müəyyən edilir, lakin, təriflər mədəni kontekstdən asılı olaraq dəyişir . Femisid.net adlı yeganə Rusiya resursu femisidi "qadınlara nifrət zəminində, kişilər tərəfindən və ya dövlətin razılığı ilə patriarxal maraqlar üçün törədilmiş qətli" kimi tərif edir. Feminist Diana E. H. Russell bu termini ilk dəfə 1976-cı ildə müəyyən edib yaymışdır. O , "qadınların qadın olduqları üçün kişilər tərəfindən öldürülməsi" ifadəsini işlətdi. Digər feministlər məhz qadın olduqları üçün qadınlara yönəlmiş hərəkətin niyyətini və ya məqsədini vurğulayırlar; digər nöqteyi nəzərdən qadınların qadınlar tərəfindən öldürülməsi də daxildir .

Feministlər iddia edirlər ki, qətlin motivləri androsid motivlərindən əhəmiyyətli dərəcədə fərqlidir, xüsusən də kişilər küçə zorakılığının qurbanı olurlar amma qadınlar adətən məişət zorakılığının qurbanı olurlar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search