Holzi

Holzi
ing. Halsey
220pcpx
Ümumi məlumatlar
Doğum adı Ashley Nicolette Frangipane
Ləqəbi Halsey[8]
Doğum tarixi 29 sentyabr 1994(1994-09-29)[1] (29 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 1[2]
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], səsləndirmə aktrisası[d], bəstəkar, söz yazıçısı[d], gitaraçı
Fəaliyyət illəri 2012-ci ildən
Janrlar pop musiqisi, elektropop[d], sinti-pop, art pop, alternativ pop[d], alternativ rok, alternativ R&B[d], indi-pop, müasir R&B[d]
Albom şirkətləri Capitol Records[d], Columbia Records[7]
İmzanın şəkli
iamhalsey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Holzi (əsl adı: Eşli Nikolett Francipani; 29 sentyabr 1994[1], Edison, Nyu Cersi, ABŞ[9][10])[11] — ABŞ müğənnisi və mahnı yazarı.[12] O, özünəməxsus ifası ilə tanınır və karyerası boyunca çoxlu nailiyyətlər əldə etmişdir.[13] O, "Billboard Musiqi" və "Amerika Musiqi" mükafatları daxil olmaqla bir çox mükafatlara layiq görülmüş, həmçinin üç dəfə "Qremmi" mükafatına namizəd göstərilmişdir.[14] Holzi 2020-ci ildə Time jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu insanları siyahısında yer almışdır.[15]

Holzi Nyu-Cersidə doğulub boya-başa çatmışdır. O, sosial media platformalarında öz ifalarını paylaşaraq tanınma qazanmışdır. Holzi 2014-cü ildə Astralwerks musiqi şirkəti ilə müqavilə bağlamış və həmin ilin oktyabrında "Room 93" adlı ilk mini-albomunu buraxmışdır. O, mini-albomun uğurundan sonra 2015-ci ildə "Badlands" adlı debüt studiya albomunu yayımlamışdır. Bu albom Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomun ən çox bəyənilən trekləri "Colors", "Gasoline" və "New Americana" olmuşdur.

Holzi The Chainsmokers qrupu ilə birlikdə 2016-cı ildə buraxdığı "Closer" mahnısı ilə böyük uğur əldə etmişdir. Mahnı bir çox hit-paradlara başçılıq etmişdir. O, 2017-ci ildə "Hopeless Fountain Kingdom" adlı ikinci albomunu təqdim etmişdir. Albom Bilboard 200 hit-paradında birinci yerə yüksəlmiş və ölkənin bir nömrəli albomu olmuşdur.

Holzinin 2020-ci ildə buraxdığı üçüncü studiya albomu "Manic" onun bütün dünyada ən çox satılan albomu olmaqla görünməmiş uğur qazandı. Albomdan buraxılan ilk sinql "Without Me" ən çox bəyənilən trek oldu. Bu mahnı Billboard Hot 100 hit-pardında ən yüksək mövqeyi tutdu və RIAA tərəfindən almaz sertifikatla mükafatlandırıldı. Holzinin dördüncü albomu "If I Can't Have Love, I Want Power" 27 avqust 2021-ci ildə işıq üzü gördü.

  1. 1 2 https://heavy.com/entertainment/2019/05/halsey-age-real-name-old-bbmas/.
  2. https://www.billboard.com/music/music-news/halsey-gives-birth-first-child-9600483/.
  3. 1 2 https://www.billboard.com/music/music-news/halsey-g-eazy-relationship-timeline-8464279/.
  4. 1 2 https://www.capitalfm.com/artists/halsey/yungblud-relationship-timeline-dating-history/.
  5. 1 2 https://www.purepeople.com/article/halsey-deguisee-pour-halloween-elle-officialise-avec-son-nouveau-cheri_a358175/1.
  6. 1 2 https://people.com/music/halsey-splits-from-boyfriend-alev-aydin-plans-to-co-parent-son-source/.
  7. 1 2 https://www.billboard.com/pro/halsey-signs-columbia-records/.
  8. https://people.com/music/halsey-explains-stage-name-changed-from-ashley/.
  9. 1 2 Kids Interview Bands – Halsey.
  10. 1 2 N.J. pop star Halsey was magnetic in her largest home-state concert yet.
  11. "Tumblr post". Halsey (official Tumblr). September 29, 2014. May 18, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2017.
  12. 10 New Artists You Need to Know: August 2015, Rolling Stone, August 17, 2015, August 31, 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 sentyabr 2017
  13. "Halsey says using her "weird voice" to play Wonder Woman in "Teen Titans Go! to the Movies" is "her calling"". 101 WIXX. January 27, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 27, 2020.
  14. Lee, Ashley. "Halsey Receives Rising Star Honor at Billboard Women In Music Awards". Billboard. 2016-12-09. July 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
  15. "Halsey: The 100 Most Influential People of 2020". Time. September 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2020.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search