Kafu

Kafu
port. Cafu
Ümumi məlumatlar
Tam adı Marcos Evangelista de Morais
Doğum tarixi
Doğum yeri Morumbi, San-Paulu, Braziliya
Vətəndaşlığı
Boyu 1,78 m
Çəkisi 75 kq
Mövqeyi müdafiəçi
Karyerası
Gənclik karyerası
1992—1999 Braziliya San Paulo FK
Klub karyerası[* 1]
1990—1994 Braziliya San Paulo 117 (7)
1995 İspaniya Real Saraqosa 16 (0)
1995 Braziliya Yuventude 2 (0)
1995—1997 Braziliya Palmeyras 36 (0)
1997—2003 İtaliya Roma FK 163 (5)
2003—2008 İtaliya Milan FK 119 (4)
Milli yığma[* 2]
1990—2006 Braziliya Braziliya 142 (5)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970[1], San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub.

Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub.

Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002).

İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.

  1. Cafú // Transfermarkt (çd.). 2000.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search