Karst

Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi.[1]

Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search