Kiberidman

Hər il Sietldə Ki-arenada təşkil olunan Dota 2 turniri, "The International"

Kiberidman və ya elektron idmanvideooyun yarışmalarına verilən ad. Oyunlar, adətən, peşəkar oyunçular arasında peşəkar təşkilatlar ilə təşkil ediləndə bu adı alır. Kiberidmanlarda ən çox rast gəlinən oyun növləri çoxnəfərli oyun, strategiya oyunları, döyüş oyunları, birinci şəxs atıcı oyunları və idman oyunlarıdır. "League of Legends" dünya çempionatı, "The International", "Evolution Championship Series""Intel Extreme Masters" kimi turnirlər canlı yayımlanır ve oyunçulara yüksək miqdarda (bəzi hallarda milyon dollara qədər) mükafat qazandırır. Bundan əlavə "Tetris", "Counter-Strike", "Point Blank" kimi oyunların da çempionatı təşkil edilir. Kiberidman turnirlərində iştirak edən oyunçuya kiberatlet (ing. "cyberathlete") deyilir.

Peşəkar oyunçular üçün, adətən, başlama yaşı 16–17 yaşlarıdır, oyunçular təqribi 24 yaşına çatanda sektordan ayrılırlar. Ancaq bu, qayda deyil.[1]

  1. "Esports: A Guide to Competitive Video Gaming" (ingilis). Toptal. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search