Kociki

Şintoizm
Şintoizm
Praktikalar və inanclar
Şintoizm məbədləri
Əsas kamilər
Vacib ədəbiyyat
Həmçinin bax

Kociki (古事記?, azərb. Qədim əməllər haqqında qeydlər‎) və ya Furukotofumi – Antik Yaponiya tarixi haqqında ən qədim yazılı mətn. Şintoizmin müqəddəs mətnlərindən biridir. Əsəri bəzən Yaponiyanın Bibliyası adlandırırlar.[1] 712-ci ildə Nara dövründə O no Yasumaro tərəfindən tərtib edilmişdir.[1]

Salnamədə göstərilir ki, qanlı çəkişmələrdən sonra taxta Tenmu çıxdı. Bu müharibə "Kociki" salnaməsinin yaranmasına səbəb oldu. "Kociki"nin əsas ideyası hakim sülalənin qanuni olmasını və onların ilahi mənşədən olmasını təsdiq etməkdir. "Kociki"nin mifoloji hissəsi bədii təfəkkürün ən qədim mərhələsini təşkil edir. Burada yaponların təbiətin canlı olması haqqında təsəvvürləri əks etdirilir. Bu təsəvvürləri şintoizm təbliğ edir. Müqəddimə, yəni Yasumaronin şərhləri 5 bölmədən ibarətdir.[1]

"Kociki" Nara dövrünün məhsuludur. Nara dövrünün ən böyük ədəbimədəni yazılı abidəsi "Kociki"dir. Bu kitaba giriş sözünü Yasumaro yazmış və onun əsas məzmununu aydınlaşdırmışdır.[1]

  1. 1 2 3 4 Bədəlzadə, 2016. səh. 23

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search