Lanqobardlar

Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim alman tayfalarından biri. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bununla da düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar.

Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar.

Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobard xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində bu mənbədən yararlanmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search