Tarixi dövlət | |
Lihyan | |
---|---|
|
|
![]() |
Lihyan (ərəb. لحيان, Liḥyān; yun. Lechienoi)[1] və ya Dədan — Ərəbistan yarımadasının şimal-qərb hissəsində qədim ərəb padşahlığı. Bu dövlət regionda mühüm mədəni və iqtisadi rol oynamışdır, həmçinin güclü və yüksək səviyyədə təşkil edilmişdir.[2] Lihyanlılar cənubda Yəsribdən və şimalda Levantın bir hissəsindən böyük bir əraziyə hakim olmuşdular.[3] Antik dövrdə Akaba körfəzi Lihyan körfəzi adlanırdı. Bu, Lihyanın əldə etdiyi geniş təsirin sübutu hesab edilir.[4] Padşahlıq Yəhudi Bibliyasında xatırlanır.[5]
Ərəb şəcərələri Bəni Lihyan qəbiləsini İsmayıl övladlarından hesab edirlər. Ərəblər İsmailin nəslindəndirlər. Buna baxmayaraq, iudaist ənənəsində onların birbaşa İbrahimin ikinci zövcəsi Qəturə vasitəsilə İbrahimin nəslindən gəldiyi düşünülür.[6]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search