Ling

Qolları müxtəlif uzunluqda olan ling

Ling — tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismdir. Dayaq nöqtəsindən kənarda olan tərəflərə lingin qolları deyilir.

Böyük qola kiçik qüvvə ilə təsir etməklə lingin kiçik qolunda böyük qüvvə yaradılır. Lingin qolunu kifayət qədər uzun etməklə nəzəri olaraq istənilən qüvvəni yaratmaq mümkündür.

Belə sistemin riyazi təsviri ling qanunu ilə izah edilir. Bu qanun ilk dəfə olaraq antik dövrdə Arximed tərəfindən təsvir edilmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search