Martensit

Austenit dənəciklərində uzunvari lövhələrin yaranması

Martensitdəmir-karbon xəlitəsinin iynə formalı kristal strukturudur. Əgər tərkibində müxtəlif karbon miqdarı olan poladı austenitləşmə temperaturuna qədər qızdırıb və sonra sürətlə elə soyudularsa ki, dəmir və karbonun diffuziyası baş verməsin, onda kub səthi mərkəzləşmiş austenit tetraqonal təhrif olunmuş qəfəsə malik martensitə çevrilir

Bu zaman məcburi şəkildə karbon atomları karbonun miqdarına uyğun materialın bərkliyini artırır. Tabalmada karbon atomları bərabər paylanır (kub fəza mərkəzləşməsi) və yüksək temperaturda doymuş qarışıq kristalından karbid əmələ gəlir. Əvvəlcə ekstrem yüksək bərklik aşağı düşür. Martensit çevrilməsi poladların tablandırılması üçün istifadə olunur. Martensit termiki olaraq yaranır. Temperatur aşağı düşdükcə onun miqdarı artır. Martensitin yaranma temperaturu karbonun miqdarı artdıqca aşağı düşür və legirin tərkibindən asılı olur. Karbonun 0,8% miqdarına qədər martensit yaranması otaq temperaturunda başa çatır. Karbonun yüksək miqdarında həmişə austenit qalığı yaranır ki, bu da aşağı temperatura qədər soyutmaqla çevrilə bilir. Martensit strukturu iynə formalıdır və laylı şəkilə malikdir.

Çuqunlarda da martensit tərkibinin yaranması müəyyən şərtlər daxilində mümkündür. Bunun üçün çevrilmə prosesini austenitin bir başa yarandığı aşağı temperatur sahəsinə çəkən austenit əsaslı legirlərin daxili zəruridir. Martensit strukturu yüksək bərkliyə və möhkəmliyə malikdir, ancaq o praktiki olaraq deformasiya oluna bilmir.

Bu faza alman metallurqu Adolf Martensin adını daşıyır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search