Masonluq

Mason simvolu
1925-ci ildə tam mason geyimində osmanlı zadəganı Əhməd Nami

Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.

Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirmişdir. Masonluğun əsas fikir mərkəzlərindən olan Şotlandiya, İrlandiyaBöyük Britaniyada 400.000 nəfərə yaxın mason mövcuddur. Dünya üzrə masonluq sisteminin ən güclü olduğu yer kimi qəbul edilən Amerika Birləşmiş Ştatları-nda isə 2 milyon nəfər masonun varlığı məlumdur.[1][2]

Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir. Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsrlər boyu müzakirə edilmiş və daim maraq obyekti olaraq qalmışdır.

  1. Hodapp, Christopher. Freemasons for Dummies. Indianapolis: Wiley, 2005. p.52.
  2. UGLE https://web.archive.org/web/20040206160546/http://www.ugle.org.uk/masonry/YQA-about-freemasonry.htm

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search