Multikainat

Multikainat

Multikainat, metakainat[1], yaxud hiperkainat (ing. multiverse, hyperverse) — real olaraq mövcud olan bütün mümkün paralel kainatların (o cümlədən bizim yerləşdiyimiz kainatın) hipotetik məcmusu. Multikainatın quruluşu, onun içərisindəki hər bir kainatın təbiəti və bu kainatlar arasındakı əlaqələr haqqında fikirlər seçilmiş fərziyyədən asılıdır. Multikainata daxil olan kainatlar alternativ kainatlar, alternativ reallıqlar, paralel kainatlar və ya paralel dünyalar adlanır.

Kosmoloqlar, fiziklər, filosoflar, din xadimləri və fantastika yazıçıları tərəfindən multikainatın varlığına dair müxtəlif fərziyyələr irəli sürülüb. Multikainatın mümkünlüyü müxtəlif elmi, fəlsəfiteoloji suallar doğurur. "Multikainat" termini 1895-ci ildə filosof və psixoloq Uilyam Ceyms tərəfindən (lakin fərqli kontekstdə) istifadə edilmişdir[2]. İ. S. Şklovski “Metakainat” terminini təklif etmişdir [1] .

  1. 1 2 . /.
  2. James, William, Is Life Worth Living?, 1895

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search