Odens

Odens
Odense
Gerb
Gerb
55°24′ şm. e. 10°23′ ş. u.
Ölkə Danimarka
Region Cənubi Danimarka
Tarixi və coğrafiyası
Əsası qoyulub 988
Sahəsi 79.30 km²
Mərkəzin hündürlüyü 13 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 182,387 nəfər (2023)
Aqlomerasiya 504,066
Rəsmi dili Danimarka dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+45) 6
Poçt indeksi 5000
Digər
odense.dk
Xəritəni göstər/gizlə
Odens xəritədə
Odens
Odens
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Odens Danimarkanın üçüncü ən böyük (KopenhagenOrhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əhalisinin sayı 182.387[1] nəfər olmuşdur. Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı[2], bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, OrhusAalborq bələdiyyələrindən sonra). AvrostatİƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır.[3]

Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir.[4] O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi. Bir müddət davam edən iqtisadi çöküşdən sonra, 18-ci yüzillikdə genişmiqyaslı inkişaf planları qəbul edildi, bu, Odens sarayının yenidən qurulmasına və ticarəti asanlaşdıran Odens limanına kanalın tikintisinə səbəb oldu. 1865-ci ildə burada Danimarkanın ən böyük dəmir yolu terminallarından biri tikildi, bu da əhalini və ticarəti daha da artırdı və 1900-cü ildə Odensin əhalisi 35.000-ə çatdı. Odensin Odinstårnet 1935-ci ildə tikiləndən sonra, Avropanın ən hündür qüllələrindən biri oldu, lakin İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən dağıdıldı. Cənubi Danimarka Universiteti 1966-cı ildə burada yaradılmışdır.

Odens adı "Odinin ziyarətgahı" mənasını verən Odins və Vé sözlərindən götürülmüşdür, çünki çağında ərazi Nordların tanrısı Odinin ibadətgahı idi.[5]

  1. "Statistikbanken". www.statistikbanken.dk. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. "Folketal den 1. i kvartalet efter område, køn, alder og civilstand - Statistikbanken - data og tal". www.statistikbanken.dk. 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  3. "Befolkningstal". www.dst.dk (danimarka). 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  4. "Hans Christian Andersen". 9 November 2021. 29 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2023.
  5. "Odense, Denmark". Danishnet.com. 3 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search