Oliqopoliya

Oliqopoliyabazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant (üstün) firma fəaliyyət göstərir. Bu firmaların hər biri bazarda xeyli yer tutur və qiymətin yaranması prosesinə təsir edə bilir. Oliqopoliyanın xüsusi forması — əgər bazarda sadəcə iki firma olarsa — duopoliya adlanır. Başqa sözlə, oliqopoliya, eyni fəaliyyət sahəsində bir-birinə təsir edəcək qədər az sayda firma qarşısında çox sayda alıcının olduğunu ifadə edir[1].

  1. Karakaş Adem, Dikkaya M., Özyakışır D.. Ekonominin Temelleri (Monopolcü Rekabet ve Oligopol). 205–222 ss. Savaş Yayınları. Ankara. 2013

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search