Pamflet

Pamflet (ing. pamphlet) — həcmcə böyük olmayan, konkret, əsasən, sosial-siyasi ifşa xarakterli publisistik əsər. Pamflet termini qədim yunan-latın sözü olub "pan" və ya "pam" sözündən olub, "vsyo" yəni "phleqo" - "yandırıram", "alovlandırıram" sözündən götürülmüşdür.

Pamfletdə yaramaz ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyanın, qrupun, müəssisənin cinayətkar fəaliyyəti və s. kəskin satira atəşinə tutulur. Pamfletə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi renessans dövründə formalaşmışdır (Rotterdamlı Erazm, U. fon Hutten, Fransua Rable və başqaları).

Karl Marks, Vladimir İliç Lenin siyasi pamfletin klassik nümunələrini yaratmışlar. Maksim Qorkinin, Vladimir Mayakovskinin, İlya Erenburqun faşizmimperalizmi ifşa edən pamfletləri məşhurdur.

Satirik publisistikanın bu janrı ən az öyrənilmiş olsa da, bu sahədə ilk tədqiqatlar 1920-1930 illərdə meydana çıxmışdır. Pamflet hadisələri satirik təsvir üsulları və obrazlı təsvir vasitələrinin köməyi ilə əks etdirilir. Buradan da belə məntiqi sual meydana çıxır: əgər pamfletin əksetdirmə üsulu varsa, bu janrın özü hadisələri əksetdirmə üsuluna çevrilə bilər? Məhz bu mənada pamfletin həm janr, həm də üsul kimi müəyyənləşdirilməsi məntiqsiz görünür. Pamfletdəki obraz ümumiləşdirmənin miqyasına, siyasi əhəmiyyətinə görə daha geniş plana malikdir, çünki əsas məqsəd təkcə şəxsiyyəti ifşa etmək deyil, həmçinin onu meydana çıxaran qüvvələri bu əsas üzərində mühakimə etməkdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search