Qolodomor

Qolodomor (ukr. Голодомо́р[1], ukrayn dilindən tərcümədə "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlmişdir.[2]) – 1932–1933-cü illərdə dönəmin Sovet Ukraynasında indiki, Ukrayna və Rusyanın Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktı.[3] Tarixşünaslıqda bu hadisə Qıtlıq-soyqrımı, Böyük qıtlıq və ya Ukrayna soyqırımı adları ilə də tanınan 1932–1933-cü il hadisələri ölkənin başlıca taxıl ehtiyatlarına da təsir edən qıtlığın bir hissəsi idi.[4][5] Bu zaman əksəriyyəti etnik cəhətdən ukraynalı olan ölkənin böyük bir nüfusu aclıqdan ölmüşdür. 2006-cı ildən Qolodomor Ukrayna və başqa 15 dövlət tərəfindən Sovet hökumətinin ukrayn xalqına qarşı törətdiyi soyqrım hadisəsi olaraq tanınmaqdadır. Soyqrım zamanı nə qədər insanın öldüyü haqqında fikirlər müxtəlifdir.[6] Bəzi qaynaqlara görə 12 milyon etnik ukraynalının həyatını itirdiyi haqqında məlumatlar mövcuddur.[7] Lakin 2003-cü ildə BMT tərəfindən qəbul edilmiş və 25 ölkənin imzaladığı qətnamədə ölü sayısı 7–10 milyon aralığında göstərilmişdir. 2010-cu ildə Kiyev Apelyasiya Məhkəməsinin qərarına əsasən isə aclıqdan qaynaqlanan demoqrafik itki 10 milyona yaxın idi.[3][8][8][9][10]

Bəzi tarixçilərin fikirlərinə görə qıtlıq Stalin tərəfindən Ukraynada müstəqillik hərakatına son qoymaq məqsədilə həyata keçirilmişdi, lakin hərəkatın ən qaynar nöqtəsi sayılan Ukraynanın qərbi Polşanın tərkibində olduğu üçün soyqrıma məruz qalmamışdı. Soyqrımın əsas səbəbləri günümüzdə də tarixçilər arasında müzakirə mövzusu olaraq qalmaqdadır.[11][12][13][14][15]

  1. Jones, Adam. Genocide: A Comprehensive Introduction. Taylor & Francis. 2010. səh. 194. ISBN 978-0-415-48618-7.
  2. Graziosi, Andrea. LES FAMINES SOVIÉTIQUES DE 1931–1933 ET LE HOLODOMOR UKRAINIEN. Cahier du Monde Russe. 2005. səh. 464.
  3. 1 2 Siegelbaum, Lewis H. "Professor, Michigan State University". Seventeen Moments in Soviet History. Michigan State University. 9 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2018.
  4. Boriak, Hennadii. Sources for the Study of the "Great Famine" in Ukraine (Cambridge, Massachusetts 2009)
  5. "Ukrainian Genocide of 1932–1933". Ukrainian Genocide Famine Foundation – USA, Inc. 24 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2016.
  6. ЗАКОН УКРАЇНИ: Про Голодомор 1932–1933 років в Україні [LAW OF UKRAINE: About the Holodomor of 1932–1933 in Ukraine]. rada.gov.ua (ukrayna). 28 noyabr 2006. 3 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2015.
  7. "The famine of 1932–33". Encyclopædia Britannica online. 23 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2015.
  8. 1 2 "Internal Workings of the Soviet Union - Revelations from the Russian Archives" (ingilis). Library of Congress. 15 June 1992. 25 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2018.
  9. "International Recognition of the Holodomor". Holodomor Education. 31 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2015.
  10. "Joint statement by the delegations of Azerbaijan, Bangladesh, Belarus, Benin, Bosnia and Herzegovina, Canada, Egypt, Georgia, Guatemala, Jamaica, Kazakhstan, Mongolia, Nauru, Pakistan, Qatar, the Republic of Moldova, the Russian Federation, Saudi Arabia, the Sudan, the Syrian Arab Republic, Tajikistan, Timor-Leste, Ukraine, the United Arab Emirates and the United States of America on the seventieth anniversary of the Great Famine of 1932–1933 in Ukraine (Holodomor) to the United Nations addressed to the Secretary-General" (PDF). 13 mart 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2017.
  11. Zisels, Josef; Halyna Kharaz. "Will Holodomor receive the same status as the Holocaust?". world.maidan.org.ua. 11 November 2007. 28 iyun 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2012.
  12. Mytsyk, Y. A. Трагедія Голодомору у спогадах очевидців [The tragedy of the Holodomor in the memories of eyewitnesses]. archives.gov.ua. 2003. ISBN 978-966-518-210-8. 18 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  13. Stanislav Kulchytsky. "The Holodomor of 1932–1933: the scholarly verdict". day.kiev.ua. 2 September 2008. 9 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
  14. Mark B. Tauger. "Natural Disaster and Human Actions in the Soviet Famine of 1931-1933" (PDF). 2012-08-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-01-27.
  15. "The Soviet Famine of 1931-33: Politically Motivated or Ecological Disaster?". www.international.ucla.edu. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-07.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search