Rihanna

Rihanna
Ümumi məlumatlar
Doğum adı Robyn Rihanna Fenty
Ləqəbləri Rihanna, Ri, RiRi, Rihanna
Doğum tarixi 20 fevral 1988(1988-02-20)[1][2][…] (36 yaş)
Vətəndaşlığı
Uşağı 2
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar rəqs musiqisi[d], müasir R&B[d], pop musiqisi, reqqi, hip-hop[d]
Səs tembri messo-soprano
Albom şirkətləri Def Jam Recordings[d]
İmzanın şəkli
rihanna.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robin Rihanna Fenti (ing. Robyn Rihanna Fenty; 20 fevral 1988[1][2][…]) — barbadoslu müğənni, aktrisa, dəb dizayneri və iş qadını. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biri hesab olunur. 2005-ci ildə Rihanna, Def Jam Recordings ilə müqavilə bağladı və ilk iki albomu olan "Music of the Sun" və "A Girl Like Me" adlı albomlarının buraxılması ilə tez bir zamanda məşhur oldu. Karib musiqisinin elementlərini özündə birləşdirən bu albomların hər ikisi ABŞ Billboard 200 hit-paradında ilk onluğa daxil oldu. Rihanna 2007-ci ildə buraxdığı dans-pop janrında olan üçüncü studiya albomu "Good Girl Gone Bad" sayəsində dünya şöhrəti qazandı. Albomun ilk sinqlı "Umbrella" ABŞ Billboard Hot 100-də birinci pilləyə yüksəlmiş və ona "Qremmi" mükafatı qazandırmışdır.

Rihanna pop, rəqs və R&B janrlarını qarışdıraraq "Rated R" (2009), "Loud" (2010), "Talk That Talk" (2011) və "Unapologetic" (2012) adlı studiya albomlarını təqdim etmişdir. Bu albomların hər biri Billboard 200 hit-paradına başçılıq etmişdir. Bu albomlar "Rude Boy", "Only Girl (In the World)", "What's My Name?", "S&M", "We Found Love" və "Diamonds" kimi bir sıra hitin yaranmasına səbəb oldu. Onun səkkizinci albomu "Anti" (2016) onun ABŞ-də ikinci bir nömrəli albomu oldu və "Work" adlı sinqlı hit-paradda birinci oldu. Rihanna musiqi karyerası ərzində Coldplay, Drake, Eminem, Kanye West, Ne-Yo və Şakira kimi sənətçilərlə əməkdaşlıq edib.

Dünyada 250 milyondan çox albom satışı ilə Rihanna bütün zamanların ikinci ən çox satılan qadın musiqi sənətçisidir. Onun mükafatlarına doqquz Qremmi Mükafatı, 13 Amerika Musiqi Mükafatı, 12 Billboard Musiqi Mükafatı, altı Ginnes Rekordu, NAACP Prezident Mükafatı və Akademiya Mükafatı daxildir. Time onu 2012 və 2018-ci illərdə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. Forbes onu 2012 və 2014-cü illərdə ən çox qazanan on məşhur sırasına daxil edib. O, 2024-cü ilə qədər təxminən 1,4 milyard dollar dəyərindəki sərvəti ilə ən zəngin qadın musiqiçidir.

Musiqidən başqa, Rihanna humanitar təşəbbüsləri, sahibkarlıq fəaliyyəti və dəb sənayesinə təsiri ilə tanınır.

  1. 1 2 Cunningham J. M. Rihanna // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Rihanna // FemBio database (alm.).
  3. 1 2 https://www.elle.com/culture/celebrities/a42622947/asap-rocky-rihanna-relationship-timeline/.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search