SCADA

SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir. Lakin əksər hallarda SCADA sistemi proqram–aparat kompleksi olaraq başa düşülür. SCADA termininin oxşar olaraq başa düşülməsi telemetriya üçün daha çox xarakterikdir. SCADA termininin mənası texnoloji proseslərin avtomatlaşdırılması və idarə olunması texnologiyalarının inkişafı ilə yanaşı bir sıra dəyişikliyə məruz qalmışdır. Ötən əsrin 80-ci illərində SCADA sistemi hər şeydən əvvəl real vaxt verilənlərinin toplanmasının proqram–aparat kompleksi kimi başa düşülürdü. 90–cı illərdən başlayaraq SCADA termini daha çox TP AİS-in insan–maşın interfeysinin, ancaq proqram hissəsinin təminatı kimi istifadə edilir. İstehsalat proseslərinin idarəetmə sistemlərinin reallaşdırılması xüsusi proqram paketləri vasitəsi ilə yerinə yetirilir. Bu proqram paketlərini şərti olaraq aşağıdakı siniflərə bölmək olar:

  • CASE (Computer Aided Software Enginering) – vasitələri, texnoloji proseslərin aşağı səviyyələrində, yəni sənaye kontrollerlərində yerinə yetirilən məsələləri proqramlaşdırmaq üçün istifadə edilir;
  • RZƏS – real zaman əməliyyat sistemləri: PSOS, OS9, LynxOS və s;
  • SCADA (Supervisory Control And Date Acquisition) – sistemləri dedikdə, mikrokontrollerlərdən, kompüterlərdən, texnoloji stansiyalardan və s. ibarət olan texnoloji proseslərin idarəetmə sistemlərinin avtomatlaşdırılmış konfiqurasiyası, eləcə də SCADA səviyyəsinə aid olan məsələlərin proqramlaşdırması başa düşülür:
  • PTK – proqram- texniki komplekslər: Spectrum, İntelligent automation series, Centum, Simatic, Skad.
  • RZES – real zaman ekspert sistemləri. Bunlara aid aşağıdakıları göstərə bilərik: G2, RTWorks, COMDALE/C, COGSYS, İLOG Rules.
  • VBİS – verilənlər bazasının idarəetmə sistemləri;
  • EAM – sistemləri (Enterprise Assef Management) əsas fondların və əmlakın idarə edilməsi funksiyalarını yerinə yetirir;
  • EPR (Enterprise Resouce Planning) - sistemləri biznes nöqteyi nəzərdən müəssisənin resurslarının planlaşdırılması və idarə edilməsidir;
  • MRP (Manufacturing Resource Planing) – müəssisə resurslarının planlaşdırılması sistemidir.SCADA sistemləri həmçinin texnoloji proseslərin idarə edilməsinin orta səviyyəsində də istifadə olunmaqla reallaşdırıla bilər. Hal – hazırda SCADA sistemlərinin aşağıdakı növləri mövcuddur:
  • Trace mode (Adastra – Rusiya istehsalı);
  • Genie (Advantech – Tayvan istehsalı);
  • Genesys (iconics – ABŞ istehsalı);
  • Fıx (İntellution – ABŞ istehsalı);
  • Factory Suite, İnTouch (Wanderware – ABŞ istehsalı);
  • Citect (CiTechnologies – ABŞ istehsalı);
  • WinCC (Siemens – Almaniya istehsalı).
  • Yuxarıda qeyd olunan sistemlərin proqram təminatlarından texnoloji avadanlıqlarında real zaman rejimində istifadə olunur. Məhz bu səbəblərə görə istifadə olunan kompüter texnikasının etibarlılığına, qiymətinə və təhlükəsiz şəraitdə işləməsinə qarşı yüksək tələblər qoyulur. SCADA sistemlərinə qarşı qoyulan xüsusi tələblər aşağıdakılardır:
  • real zaman normativlərinə uyğun gəlməlidir;
  • həm parametrlərin dəyişməsinə, həm də idarəedici informasiyanın kompleksinə adaptasiya olunmalıdır;
  • zəmanət verilmiş müddət ərzində imtiyazsız işləməlidir;
  • bir–birindən uzaq məsafələrdə yerləşdirmək xüsusiyyətinə malik olmalıdır.
  • SCADA sistemlərinin əsas funksiyaları aşağıdakılardır:
  • aşağı səviyyədə yerləşən qurğulardan məlumatların toplanması;
  • informasiyanın növbəti emal üçün arxivləşdirilməsi və saxlanması;
  • proseslərin vizuallaşdırılması;
  • idarəetmə alqoritmlərinin, riyazi və məntiqi hesablamaların reallaşdırılması və idarəedici təsirlərin obyektə göndərilməsi;
  • texnoloji və idarəetmə proseslərinin sənədləşdirilməsi və onların çapa ötürülməsinin təmin edilməsi;
  • şəbəkə funksiyaların yerinə yetirilməsi;
  • sistemə icazəsiz daxil olmanın qarşısını almaq üçün onun mühafizə olunması;
  • müxtəlif proqramlar arasında informasiya mübadiləsinin təmin edilməsi.
  • SCADA sistemlərinin aparat və proqram təminatı aşkar konsepsiya anlayışı əsasında yaradılır. Aparat təminatının açıq konsepsiyası dedikdə SCADA sisteminin müxtəlif istehsalçıların avadanlıqların dəstəkləməsi və bunlara açıq şəkildə qoşulmasının mümkünlüyü başa düşülür. Müasir SCADA sistemləri aşağı səviyyə avadanlıqlarının seçilməsi yolu ilə öz işini məhdudlaşdırmır, o həm də çoxsaylı drayverləri və ya giriş/çıxış serverlərini təqdim edir. Proqram təminatı üçün aşkarlıq prinsipi dedikdə bütün məlumatların formatlarından, prosedura interfeysindən aşkar şəkildə istifadə olunan və bir – birindən asılı olan sənaye kompüterlərinə, işlənib hazırlanmış aparat, eləcə də proqram modullarına qoşulması başa düşülür. Giriş/çıxış drayverlərini SCADA sisteminə qoşmaq üçün iki tip mexanizmdən istifadə olunur:
  • məlumatların dinamik mübadiləsini təmin edən standart blok (DDE – Dynamic Data Exchange və s.);
  • daxili protokol ilə mübadilə (bu, yalnız SCADA sistemini işləyib hazırlayan firmaya məlum olur).
  1. SFC (Sequential Function diagrams) – funksional sxemlər əsasında yazılmış proqramlaşdırma dili;
  2. FBD (Functional Block Diagrams) – funksional bloklar əsasında yazılmış proqramlaşdırma dili;
  3. LD (Ladder Diagrams) – rele sxemləri əsasında yazılmış proqramlaşdırma dili;
  4. ST (Structured Text) – pascal proqramlaşdırma dilinə oxşar proqramlaşdırma dili;
  5. IL (İnstruction List) – mnemonika, assembler, proqramlaşdırma dili.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search