Satanizm

Satanizmin əsas simvolu sayılan pentaqramma

Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan.

Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir.

LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır.

Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizmxristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, FransaAlmaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.

Müasir satanizm amerikalı macar əsilli Anton Szandor Lavey tərəfindən qurulan Şeytanın Kilsəsi ilə ortaya çıxıb şəkillənmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search