Saxa

Saxa
Саха Өрөспүүбүлүкэтэ
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Saxa Respublikası Himni[d]

66°24′ şm. e. 129°10′ ş. u.


Ölkə
İnzibati mərkəz Yakutsk
Dövlət Başçısı Aysen Nikolayev
Hökumət Sədri Andrey Tarasenko
Tarixi və coğrafiyası
Yaradılıb 27 sentyabr 1990
Sahəsi
  • 3.083.523 km²
Saat qurşağı
  • Yakutsk vaxtı[d]
  • Vladivostok vaxtı[d]
  • Maqadan vaxtı[d]
Əhalisi
Əhalisi
  • 981.971 nəf. (1 yanvar 2021)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-SA
Avtomobil nömrəsi 14
Rəsmi sayt
Saxa xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir[1]. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır.

Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²[2]), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.

Saxa Respublikası təbii ehtiyatların çoxluğuna görə potensialı böyük olan bölgədir. Paytaxtı Yakutsk (saxa Дьокуускай) şəhəridir.

Əhalisi 1.1 milyon nəfərdir . Əhalisinin 45,54%-ni saxalar (yakutlar) təskil edir. Saxalar türk əsilli xalqdır , Rusiyada saylari 443.9 mindir .[3] Paytaxtı Yakutsk (Saxaca Дьокуускай) şəhəridir . Saxa Respublikası inzibati cəhətdən 33 rayona (yakut dilində – ulusa) bölünür. Respublikanın əhalisi 13 şəhərdə, 55 şəhər tipli qəsəbədə, 551 kənddə (ümumi 587 yaşayış məntəqəsində) məskunlaşmışdır .[4]

Saxa Respublikasında yayılmış əsas dinlər pravoslavlıq, protestantizm (əsasən baptizməllincilər), katoliklik (XIX əsrdə PolşaLitvadan sürgün edilənlərin nəsilləri və XX əsrdə bura köçənlər), islam (XIX əsrdə sürgün edilən tatarbaşqırdların nəsilləri və müasir dövrdə Orta AsiyaŞimali Qafqazdan bura köçmüş şəxslər), buddizmdir (buryatlar). Saxaların əksəriyyəti ənənəvi yakut dininə inanırlar.

  1. "Saxa Respublikası Konstitutsiyası". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  2. "RussiaOutdoors – Путешествия по России". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  3. Rusiya əhalisinin milli tərkibi
  4. "Сайт Комитета государственной статистики Республики Саха (Якутия) : Об итогах Всероссийской переписи населения 2002 года". 2009-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search