Serbofobiya

Serbiyanın 1913-cü ildə Albaniyanı işğal etməsini əks etdirən karikatura. Burada Serbiya ilan şəklində təsvir edilmişdir. Başlıqda qeyd edilir: "Məndən uzaqlaşın, vəhşi qaniçənlər!"

Serbofobiya (serb. Србофобија) — Serbiyaya, serblərə, serb dilinə və ya Serb Pravoslav Kilsəsinə qarşı nifrət və ya düşmənçilik hisslərini tərif etmək üçün istifadə edilən ümumi sosial-siyasi termin. Bu fenomen tarixən serb xalqının və sosial qrupunun təqib edilməsinə, təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Serbofobiya termini indiki dövrdə bütün xalqla əlaqəli olaraq serblərə tarixi nifrətin tərifi kimi qəbul edilir, serblərə bağlı hər şeyin, xüsusilə də serb dövlətçiliyinin rəddi və onlara nifrət hissi ifadə edir. Digər tərəfdən, Serb Respublikasının Bosniya və Herseqovina daxilində ayrıca bir muxtar serb bölgəsi olaraq rədd edilməsi də buna aiddir.

Bu fikrin ən parlaq nümayəndəsi XIX–XX əsrlərdə mövcud olan Xorvatiya Hüquqlar Partiyası idi. Bu partiyanın ən ifrat elementləri İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya krallığında hakimiyyətə gələn və serblər, yəhudilər, qaraçılardissidentləri hədəf alan irqi qanunlar qəbul edən ustaşlar xorvat faşist təşkilatı olmuşdur. Bu, serblərin və Müstəqil Xorvatiya Dövlətində (1941–1945) yaşayan digər azlıq qruplarının üzvlərinin soyqırımı ilə nəticələnmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search