Sillogizm

Sillogizm — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə söz.

Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər üç hissədən ibarət olur: böyük müqəddimə, kiçik müqəddimə və nəticə.

Nümunə:

  • Hər cür cinayət qanun pozuntusudur (böyük müqəddimə)
  • Oğurluq işi cinayətdir (kiçik müqəddimə)
  • Oğurluq işi qanun pozuntusudur (nəticə)

Sillogizmdə düzgün nəticə almaq üçün sillogizm aksiomuna fikir vermək lazımdır. Yəni, iki həqiqi hökm bir biri ilə düzgün əlaqələndirildikdə nəticə də düzgün alınmalıdır. Hər bir sillogizm düzgün informasiya vermək üçün qaydalara tabe olmalıdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search