Sintezator

Sintezator — bir və ya bir neçə səs dalğası generatorunun köməyi ilə səs yaradan (sintez edən) elektron musiqi aləti. Tələb olunan səsi elektrik siqnalının xüsusiyyətlərini dəyişməklə (analoq sintezatorda) və mərkəzi prosessorun parametrlərini dəyişməklə (rəqəmsal sintezatorda) almaq mümkündür. Klaviatura da daxil olmaqla yalnız bir korpusdan ibarət sintezator klavişli sintezator adlanır. Klaviaturasız sintezator sintezator modulu adlanır və MIDI kontroller ilə idarə olunur. Əgər klavişli sintezatorda daxili sekvenser də mövcuddursa, buna workstation deyilir. Kompüter proqramı sintezator kimi istifadə olunursa, bu, sintezator proqramı adlanır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search