Slavyanlar

VI əsrdə slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar üç qrupa bölünürdü: Qərb (çexlər, polyaklar, slovaklar)}}

Səqləblər[1] ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. mak. Словени, xorv. bosn. Slaveni, sloven. Slovani, pol. Słowianie, çex. Slované, slovak. Slovania, kaşub Słowiónie, y.sorb Słowjenjo, a.sorb Słowjany) — Avropada ən böyük etnodilli icma.[2]

VI əsrdə slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar üç qrupa bölünürdü:

  1. Şərq (ruslar, beloruslar, ukraynalılar)
  2. Cənub (serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar)
  3. Qərb (çexlər, polyaklar, slovaklar)

Slavyanların əsas məşğuliyyətlərindən biri əkinçilik idi. Onların 9 cu əsrə qədər yazıları mövcud olmamışdır. VI əsrdə slavyanlarda hələ dövlət yox idi, onlar icma halında yaşayırdılar. Bütün işləri,məsələləri xalq yığıncağı həll edirdi. Onlar almanlarərəblər kimi ibtidai icma quruluşundan birbaşa feodalizmə keçmişdilər. Feodalizmə keçidlə IX-X əsrlərdə slavyanların ilk dövləti yarandı. 882-ci ildə şərq slavyanlarının Kiyev dövləti yarandı. X əsrin əvvəllərində Çexiya, X əsrdə Polşa dövləti yarandı.

  1. Tarix terminləri lüğəti, Bakı, "Altun kitab", 2017
  2. "D. Kirk. Europe's Population in the Interwar Years". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search