Sonet

Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır.

İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar.[1] Azərbaycan ədəbiyyatında Səməd VurğunSüleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir.

  1. Məktəblinin ədəbiyyat lüğəti. bakı.2007. səh.177

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search