Stablitron

Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. - Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır. Hər zaman stabilitronun kataloqunda bu məlumatlar olur: -gücü -əks istiqamət gərginliyi(VZ) -maksimum əks istiqamət cərəyanı (IZM) -əks istiqamətdə maksimum cərəyan itgisi -Maksimum müqaviməti -Temperatur sabiti. Bu məhdudiyyət aralığında çalışan stabilitronlar istehsal edilir: - Maksimum stabilitron axını (IZM): 12a -stabilitron gərginliyi (VZ): 2 - 200v arası -Maksimum gücü:100watt - Maksimum əks istiqamət cərəyan itgisi: 150μa (mikro amper) -Maksimum iş temperaturu:175 °C

İş mühiti temperaturu artdıqca stabilitron gərginlik kiçilir. Stabilitron gərginliyinin tənzimi: Stabilitron gərginliyin tənzimi birləşmə səthinin iki tərəfində yaranan boşluq bölgəsinin (neytral bölgə) eninin nizamlanması yolu ilə təmin olunur. Bunun içində çox saf silisium Kristal istifadə edilir və aşqar maddəsinin miqdarı dəyişilir. Boşluq bölgəsi daraldıqca stabilitron daha kiçik əks gərginlikdə keçiriciliyə keçir. [1]

  1. Millman, Jacob. Microelectronics. McGraw Hill. 1979. 45–48. ISBN 978-0071005968.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search