T-34

T-34
Şəkil
Tarixi
İstehsalçı Uralvagonzavod
Buraxılış sayı, əd. 84.170
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-3419401958-ci illər arasında istehsal edilən SSRİ orta tankıdır. Çox ekspertlərə görə T-34 tankları II Dünya Müharibəsinin ən yaxşı tankıdır. T-34 dövrünün tank dizaynını tamamilə dəyişdirtdirmişdir, ondan sonrakı bütün tanklar da T-34-lərin dizaynından istifadə olunmuşdur. Şərq cəbhəsində Alman Ordusu bu tank qarşısında çarəsiz qalmışdır. TigerPanther tanklarının istehsalı ilə T-34 müharibədəki üstünlüyünü itirsədə, Rusiya iqliminə uyğunluğu, asan istehsalı və çoxlu miqdarda istehsalı ilə Alman əsgərləri arasında qorxu salmışdır. T-34 atəş gücünün, sürətin və dözümlülüyün yaxşı bir şəkildə birləşdirilmiş halıdır. Tankın 45°-lil zireh dizaynı, hədəfi tapan mərmilərin bir çoxunun tanka zərər vermədən getməsi ilə nəticələnir. Bəzi hərbi tarixçilər T-34-ün dünyanın ilk əsas müharibə tankı olduğunu iddia edirlər.

T-34 II Dünya Müharibəsi və sonrasında da SSRİ zirehli briqadalarının istifadə etdiyi əsas tank olmuşdur. Həmçinin bir çox ölkələrə də bu tank ixrac edilmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search