Tanos

Tanos
ing. Thanos
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Iron Man" #55 (fevral 1973)
Yaradıcı(lar) Maykl Fredrix
Cim Starlin
Xüsusiyyətlər
Əsl adı Dion[1]
Cinsiyyəti kişi[d]
Boyu 2 m[2]
Çəkisi 450 kq[3]
Növü ölümsüz-deviant hibridi
Komiks bioqrafiyası
Üzvlükləri Qara Orden
Sonsuzluq saatı
Düşmənləri Qisasçılar[4], Qalaktika mühafizəçiləri, Qalaktus[4], İks-adamlar[4], Dəmir adam
Ləqəbləri Dəli titan
Gücləri

Qeyri-insanı güc, sürət, dözümlülük, uzunömürlülük

Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl FredrixCim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır.

Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür.

Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə,[5] Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir.[6]

  1. Thanos Vol. 2 #14
  2. https://marvel.com/characters/thanos/in-comics.
  3. https://www.marvel.com/characters/thanos/in-comics.
  4. 1 2 3 Starlin J. The Infinity Gauntlet (ing.). Marvel Comics, 1991.
  5. "Thanos is Number 47". IGN. 2014-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.
  6. "Thanos is Number 21". Complex. 2016-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-21.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search