Tehsil ( hind. तहसील, urdu تحصیل ərəb. تحصيل dilindən əldə etmə, toplama), həmçinin taluk və ya mandal — Hindistan və Pakistanda inzibati bölgü vahidi.
Tehsil, əsasən onun mərkəzi olan bir şəhərdən və bir sıra kəndlərdən ibarətdir. Bəzən bir tehsilin tətkibinə əlavə şəhərlər də daxil ola bilər. Tehsil şurası öz yurisdiksiyasında olan kəndlər və bələdiyyələr üzərində müəyyən vergi və inzibati səlahiyyətlərə malikdir, torpaq və bununla bağlı inzibati məsələlərdə əsas icra hakimiyyəti orqanıdır. Ən yüksək vəzifəli şəxs tehsildar və ya daha az formal olaraq talukdar və ya taluka muktiarkardır .
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search