Ultraviolence

Ultraviolence
Yayımlanma tarixi 13 iyun 2014
Yazılma tarixi 2013–2014
Janr trip hop[d], barokko-pop[d], psixodelik rok, drim-pop[d]
Müddət 51:24
Dil ingilis dili
Prodüser
Lana Del Rey albomlarının xronologiyası
"Tropiko"
(2013)
"Ultraviolence"
(13 iyun 2014)
"Honeymoon"
(2015)

Ultraviolence — amerikalı müğənni Lana Del Reyin üçüncü studiya albomu. 13 iyun 2014-cü ildə PolydorInterscope Records tərəfindən buraxılıb. Lana ilk böyük uğuru olan "Born to Die"dan sonra başqa bir albom buraxmaq istəmədiyini demişdi, lakin 2013-cü ildə fikrini dəyişdi və yeni albomu üçün planlar qurmağa başladı. Albomun hazırlanması The Black Keys qrupunun üzvü Den Auerbaxın iştirakı ilə 2014-cü ilə qədər davam etmişdir. "Ultraviolence" Lananın əvvəlki işlərindən fərqli olaraq daha çox gitara əsaslı səsə malikdir.[1]

Albom musiqi tənqidçilərindən müsbət rəylərlə qarşılandı. Albomdakı mahnıların sözləri, musiqisi və Lana Del Reyin ifaları tərifləndi. Albom buraxıldığı ilk həftədə çoxlu nüsxə satdı və bir çox ölkədə yaxşı nəticə göstərdi. Albom həmçinin bir çox musiqi nəşrləri tərəfindən ilin və onilliyin ən yaxşı albomlarından biri olaraq seçildi.

Albomu tanıtmaq üçün "West Coast", "Shades of Cool", "Ultraviolence", "Brooklyn Baby" və "Black Beauty" adlı beş sinql buraxılıb. Lana 2015-ci ilin may ayında albomu dəstəkləmək üçün "The Endless Summer Tour" konsert turuna çıxdı. Bu konsertlərdə Kortni LovQrayms da iştirak etdi. Konsert turu 7 may 2015-ci ildə başlayıb və 16 iyun 2015-ci ildə başa çatıb.

  1. "How Lana Del Rey Fought to Get Her Radical 'Ultraviolence' LP Released". Rolling Stone. July 18, 2014. January 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2017.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search