Veb-hostinq

Veb hostinq — (ing. Web Hosting) və yaxud internet hostinq servisləri müştərilərinin veb saytlarını özünə aid məlumat mərkəzlərində saxlayır və həmin veb saytların bütün dünya üzərində əlçatan olmasını təmin edir. Müştərilərinin veb saytlarını özünə aid kompüterlərdə(serverlərdə) və yaxud data centerlərdə saxlayan şirkətlər veb host olaraq da adlandırılır.

Tipik veb hostinqlərdə aşağıdakı keyfiyyətlər olur:

  • Saytları host etmək üçün bir və ya birdən çox server. Bu serverlər fiziki və ya virtual ola bilər.
  • Serverləri saxlamaq üçün məkan. Bu bir kolokasiya mərkəzi ola bilər. Həmin bu məkanda elektrik enerjisi, cihazlar üçün fiziki yer və internet bağlantısı olmalıdır.
  • DNS-in olması. DNS domenləri veb hostinqə yönəltmək üçün istifadə olunur.
  • Hostda veb serverin işləməsi.
  • Serverdə olan veb saytlar üçün isə aşağıdakılar tələb olunur:

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search