Walmart

Walmart
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye pərakəndə
Məhsulu supermarket[d]
Təsis tarixi 2 İyul 1962
İqtisadi göstəriciləri
Ümumi kapital 74.66 milyard US$ (2020)
Ümumi aktivlər 236.49 milyard US$ (2020)
Ümumi gəliri 523.96 milyard US$ (2020)
Xalis mənfəəti 14.88 milyard US$ (2020)
Əməliyyat mənfəəti 20.56 milyard US$ (2020)
Struktur
İşçi sayı 2.2 milyon (2018)
Rəhbərlik
Təsisçi Sam Walton
walmart.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Walmart Inc - (əvvəllər Wal-Mart Mağazalar, Inc adı altında) hipermarketləri fəaliyyət göstərən Amerikada yaranmış çoxmillətli pərakəndə ticarət təşkilatıdır. Baş ofisləri və qərargahı Bentonville, Arkanzas ştatında yerləşən bu şirkət 1962-ci ildə Sam Walton tərəfindən 31 oktyabr 1969-cu ildə təsis edilib. Həmçinin Sam's Club Pərakəndə Anbar şirkətinə də sahibdir. 31 Yanvar 2019-cu il tarixində verilən məlumatlara görə Walmart supermarketlər şəbəkəsi, ümumilikdə 27 ölkədə fəaliyyət göstərməklə - 11348 mağazası vardır. Həmçinin müxtəlif ölkələrdə 21 ad altında fəaliyyət göstərir. Şirkət ABŞKanadada Walmart adı altında, MeksikaMərkəzi Amerikada Walmart de México y Centroamérica, Birləşmiş Krallıqda ASDA, Yaponiyada Seiyu Qrupu və Hindistanda Best Price adı altında fəaliyyət göstərir. Artıq Argentina, Çili, KanadaCənubi Afrikada əməliyyatları tamamilə idarə edir. 2018-ci ilin avqust ayından etibarən isə Walmart marketlər şəbəkəsi, Cənubi Amerikada fəaliyyət göstərən Walmart Braziliya şirkətinin səhmlərinin az hissəsini tutur.

2018-ci ildə Fortune Global 500 siyahısına görə dünyada ən böyük fərdi işəgötürən və 2,3 milyon işçisi olan Walmart, 500 milyard ABŞ dolları gəlirlə dünyanın ən böyük şirkətidir. Şirkət Walton ailəsi tərəfindən idarə olunduğu üçün ictimaiyyətə satılan ailənin sahib olduğu bir işdir. Sam Waltonın vərəsələri Walmart şirkətinin holdinq şirkəti Walton Enterprises vasitəsilə və onların fərdi holdinqləri vasitəsilə yüzdə 50-dən çoxuna sahibdirlər. Walmart 2019-cu ildə ABŞ-nin ən böyük pərakəndə marketeri idi və Walmart ABŞ-nin 510.329 milyard dollarlıq satışının 65 faizini təşkil edirdi.

Şirkət 1972-ci ildə Nyu-York Fond Birjasında siyahıya alınmışdır. 1988-ci ildə Walmart ABŞ-də ən gəlirli şirkət idi və 1989-cu ilin oktyabrına kimi gəliri baxımından ən böyük həcminə çatıb.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search