Yehova

Yehova (ivr.יְהֹוָה‏‎) ― İudaizmdə Tanrının 7 adından biri. Yehova/Yehovah - YHVH kökündən gəlir[1]. Tanaxa görə Yaradan YHVH bütün kainatın allahıdır.

Yehud Medinata sikkəsi qanadlı təkərdə oturan və uzadılmış əlində quş tutan saqqallı (YHWH) fiqurunu göstərir, eramızdan əvvəl 4-cü əsr

İvrit dilində olan müqəddəs mətnlərdə bu ad 6828 dəfə istifadə olunub.

Yəhudiliyə görə, hətta müqəddəs məqsədlər üçün də Yahve adını çəkmək qadağandır və adı söyləməyə ehtiyac yarandıqda, "Haşem" və ya "Adonay" demək lazımdır. Bu adın tələffüzü ilə bağlı mübahisələr var, lakin əksər alimlər onun "Yehova" kimi tələffüz edildiyinə inanırlar.

  1. Gesenius, Wilhelm; Rüterswörden, Udo; Meyer, Rudolf; Donner, Herbert. Hebräisches und aramäisches Handwörterbuch über das Alte Testament (18. Aufl). Berlin ; New York: Springer-Verlag. 1987. ISBN 978-0-387-18206-3.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search