1 results found for: “Janet_Yellen_”.

Request time (Page generated in 0.2277 seconds.)

Canet Yellen

icrasına başlayıb. Janet Yellen // FemBio database (alm.). Janet Yellen // Munzinger Personen (alm.). A Fed love story: Janet Yellen meets her match (ing...

Last Update: 2024-04-12T15:53:23Z Word Count : 373

View Rich Text Page View Plain Text Page

Main result

Canet Yellen

Canet Yellen (13 avqust 1946, Bruklin, Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən bəri ABŞ-nin 78-ci Maliyyə Naziri vəzifəsində çalışan amerikalı iqtisadçı. O, əvvəllər 2014–2018-ci illərdə Federal Ehtiyat Sisteminin 15-ci sədri vəzifəsində çalışıb. O, həmçinin Ağ Evin İqtisadi Məsləhətçilər Şurasına sədrlik edir və bu, onu belə vəzifələrdə çalışan ilk şəxs və hər iki vəzifəni tutan ilk qadın edir. Bruklinin Bay Ridge adlanan məhəlləsində doğulub böyüyən Yellen 1967-ci ildə Braun Universitetini bitirib və 1971-ci ildə Yel Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1971–1976-cı illərdə Harvard Universitetində dosent olaraq dərs deyən Yellen, 1977–1978-ci illərdə Federal Ehtiyatlar Şurasında daimi iqtisadçı kimi çalışdıqdan sonra 1978–1980-ci illərdə London İqtisadiyyat Məktəbinin fakültəsinə daxil olub. Yellen 1980-ci ildən bu yana mühazirəçisi və Yevgeniya E. və Ketrin M. Trefeten Biznesin İdarə Edilməsi Professoru və İqtisadiyyat Professoru olduğu Berkli Kaliforniya Universitetinin və Haas Biznes Məktəbinin fəxri professorudur. Yellen 1994–1997-ci illərdə Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü olub və prezident Bill Klinton tərəfindən bu vəzifəyə namizəd verildi. 1997–1999-cu illərdə İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsini icra edən Yellen daha sonra yenidən akademiyaya qayıdıb. Yellen daha sonra 2004–2010-cu illərdə San-Fransisko Federal Ehtiyat Bankının prezidenti və baş icraçı direktoru təyin edildi. Ardınca isə o prezident Barak Obama nın təyinatı ilə 2010-cu ildən 2014-cü ilə qədər Federal Ehtiyat Sisteminin sədr müavini vəzifəsində Donald Konu əvəzlədi. 2014–2018-ci illərdə isə Ben Bernankenin yerinə təyin olunaraq Federal Ehtiyat Sisteminin sədri vəzifəsini icra etdi. O, bu vəzifədə ən qısa vəzifə müddətlərindən birinə sahib idi və prezident Donald Tramp onu başqa bir müddətə namizəd göstərməkdən imtina etdikdən sonra onun yerinə Cerom Pauel keçdi. Federal Ehtiyat Sistemindən istefa verdikdən dərhal sonra Yellen, 2018–2020-ci illərdə görkəmli tədqiqatçı kimi Brukinqs İnstitutuna qatılıb və yenidən dövlət qulluğuna daxil olub. 30 noyabr 2020-ci ildə o vaxtkı seçilmiş prezident Co Bayden Yellenin xəzinədarlıq katibi vəzifəsinə namizədliyini irəli sürdü; O, 2021-ci il yanvarın 25-də ABŞ Senatı tərəfindən təsdiqlənib və ertəsi gün vəzifəsinin icrasına başlayıb.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search