Akkresiya

Akkresiya – maddənin əhatə fəzasından kosmik cismin səthinə düşməsi. Akkresiyaya əks proses maddənin axıb getməsidir. Sıx yerlə şən iki ulduzdan biri o birinə (ağ cırtdana, neytron uld uzuna) və ya qara deşiyə intensiv sürətdə maddə verəndə Akkresiyanın rolu artır. Yeni ulduzların alışmasının ən çox ehtimal olunan səbəbi ağ cırtdanlara Akkresiyalar hesab edilir. Axıb tökülən maddədə adətən hidrogen üstünlük təşkil edir. Ağ cırtdanların özündə isə hidrogen olmur, çünki ağ cırtdan yarananda termonüvə reaksiyaları nəticəsində o, heliuma çevrilir. Ulduzun səthinə düşən hidrogen toplanır və hidrogenin termonüvə reaksiyasının başlanması üçün kifayət edən tempraturadək qızır. Əgər reaksiya istiliyinin ayrılma sürəti istiliyin ötürülmə sürətindən böyük olarsa, yeni ulduzun alışması kimi müşahidə edilən istilik partlayışı baş verir.

Neytron ulduzuna və ya qara deşiyə Akkresiya kosmik rentgen şüalanmasının impuls mənbələrinin – rentgen barsterlərinin təbiətini izah edən mexanizm kimi təklif olunmuşdur. Cavan neytron ulduzları – pulsarlar yüksək enerjili zərrəciklərin güclü mənbəyi olduğuna görə, onlara Akkresiya çətinləşir. Zaman keçdikcə pul sarlardan maddə axını zəifləyir və yaşı 106–107 ildən çox olan neytron ulduzları üçün Akkresiya kifayət edəcək qədər artaraq rentgen şüalanmasının kosmik mənbələrinin müşahidə olunan işıqlanmasını təmin edə bilir. Bunun üçün nisbətən kiçik kütlə axını kifayətdir, lakin hətta belə axın yalnız sıx ikili sistemlərdə mümkündür. Sıx ikili sistemlərdə yığcam ulduza düşən maddə fırlanma momentinə malik olduğundan sürtünmə nəticəsində mərkəzə doğru çökən dairəvi disk yaradır. Sürtünmə maddəni 106 K-dək qızdırır və o, istilik rentgen şüalanmasının mənbəyi olur. Qara deşiklərə Akkresiya zamanı da belə dairəvi disklər yaranır və məhz disk maddəsinin şüalanmasına görə qara deşik aşkarlanır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search