Aleksandr Van der Bellen

Aleksandr Van der Bellen
alm. Alexander Van der Bellen
Avstriya Respublikasının Prezidenti
26 yanvar 2017 – h.h
ƏvvəlkiHaynz Fişer
Yaşıl Partiyanın üzvü
13 dekabr 1997 – 3 oktyabr 2008
ƏvvəlkiKristof Korher
SonrakıYeva Qlavişniq-Peşçek
Avstriya Respublikasının Milli Şurasının üzvü
7 noyabr 1994 – 5 iyul 2012
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Böyük Vyana, Avstriya Nasional Sosializm altında, Üçüncü Reyx (indiki Vyana, Avstriya)
Fəaliyyəti siyasətçi, iqtisadçı, universitet müəllimi[d]
Həyat yoldaşı
  • Birqit Hüttner (1962–2015)
  • Doris Şmidauer (2015–h.h)
Dini lüteranlıq[1]

İmzanın şəkli
vanderbellen.at
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksander Van der Bellen (alm. Alexander Van der Bellen‎; 18 yanvar 1944[2][3][…], Vyana, Avstriya[2]) — Avstriyanın hazırkı Prezidenti.[4]

Rusiya İmperiyasıında yaşayan holland əsilli ailədə anadan olan Aleksandr Avstriyaya stalinizmdən qaçan ruseston valideynlərin övladı olaraq anadan olub və 1958-ci ildə valideynləri ilə birlikdə Avstriya vətəndaşlığını qəbul edib. 1994-cü ildən 2012-ci ilədək Milli Şurada Yaşılları təmsil etmiş və parlament qrupunun lideri olmuşdur.[5]

2016-cı il prezident seçkilərində Yaşıllar tərəfindən dəstəklənən namizəd kimi iştirak etdi və ikinci turda Azadlıq Partiyasının üzvü Norbert Hoferi məğlub etmədən əvvəl ilk turda altı namizəd arasından ikinci oldu. 1 iyul tarixində and içmədən əvvəl, səsvermənin ikinci turunun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi, çünki səslərin sayılması çox erkən hesab edildi və yenidən seçilməli oldu. 4 dekabr 2016-cı ildə növbəti seçkilərdə səslərin təxminən 54 faizini qazandı.[6]

Van der Bellen özünü mərkəzçi liberal olaraq xarakterizə edir, yaşıl və sosial liberal siyasəti dəstəkləyir. 2015-ci ildə yazdığı kitabında qeyd etdiyi kimi, Avropa Birliyini dəstəkləyir və Avropa federalizmini müdafiə edir. Prezident seçkiləri zamanı siyasi mərkəzə müraciət etdi və həm Sosial Demokrat Partiyası, həm də Mühafizəkar Xalq Partiyası liderləri tərəfindən təsdiq edildi. Van der Bellen Avropa Birliyindəki ölkənin ikinci yaşıl prezidentidir və birbaşa xalq səsverməsi yolu ilə seçilən ilk şəxsdir.[7]

  1. https://derstandard.at/2000102281428/Van-der-Bellen-wieder-in-Evangelische-Kirche-eingetreten.
  2. 1 2 Dr. Alexander Van der Bellen (avs. alm.). Österreichisches Parlament, 2012.
  3. Alexander Van der Bellen // Brockhauz Ensiklopediyası (alm.).
  4. "Arxivlənmiş surət". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  5. https://web.archive.org/web/20080914035420/http://www.gruene.at/personen/alexander_van_der_bellen/
  6. https://web.archive.org/web/20160523155755/http://wahl16.bmi.gv.at/
  7. "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search