Ateizm

Ateizm simvolu

Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi.[1][2][3][4] Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir.[5][6] Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir.[1][2][7][8] Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir.[9][10][11][12]

Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən[13] ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi.[14] Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi.[14] Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı.[15] Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.[16][15] Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə insan ağlının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu.[17]

Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır. İlahi varlıqlara inanmamaq üçün empirik sübutların olmaması,[18][19] şər problemi, ziddiyyətli dini mətnlər, saxtalaşdırıla bilən anlayışların rədd edilməsi, inancsızlıq arqumentləri irəli sürülür.[18][20] Bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə[21][22] baxmayaraq, bütün ateistlərin riayət etdiyi bir ideologiya və ya davranış dəsti yoxdur.[23] Ateizm teizmdən daha həssas bir mövqedədir, buna görə tanrının mövcud olmaması iddiasının sübut olunması ateistlər üzərinə şamil edilmir, lakin teizmin məntiqliliyini təmin etmək üçün teistlər tanrının mövcudluğunu sübut etməlidir.[24]

Ateizm konsepsiyaları fərqlilik göstərdiyindən, ateistlərin mövcud sayının dəqiq qiymətləndirilməsi çətindir.[25] Win-Gallup Beynəlxalq tədqiqatlarına görə, 2012-ci ilin əvvəlində keçirilən sorğuda respondentlərin 13 %-i "etiqadlı ateist" idi.[26] Bu göstərici 2015-ci ildə 11 %,[27] 2017-ci ildə isə 9 % idi.[28] Bununla yanaşı, digər tədqiqatçılar WIN/Gallup göstəriciləri ilə ehtiyatlı olmağı məsləhət görmüşlər. Çünki onilliklər ərzində eyni müşahidədən istifadə edən və daha böyük nümunə ölçüsünə malik olan digər tədqiqatlar ardıcıl olaraq aşağı göstəricilərə çatmışdır.[29] Britan Yayım Korporasiyası (BBC) tərəfindən 2004-cü ildə aparılan araşdırmada ateistlərin dünya əhalisinin 8 %-ni təşkil etdiyi qeyd edildi.[30] Digər köhnə təxminlər ateistlərin dünya əhalisinin 2 %-ni, dinsizlərin isə 12 %-ni təşkil etdiyini göstərmişdi.[31] Bu sorğulara görə, AvropaŞərqi Asiya ən yüksək ateizm göstəricisi olan bölgələrdir. 2015-ci ildə Çin əhalisinin 61 %-nin ateist olduğu müəyyən edilmişdi.[32] Avropa İttifaqında keçirilən 2010-cu il Avrobarometr sorğusuna əsasən, AB əhalisinin 20 %-i "hər hansı bir ruh, tanrı və ya "həyat gücünə" inanmır.[33]

  1. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; encyc-unbelief-def-issues adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; oxdicphil adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; religioustolerance adlı istinad üçün mətn göstərilməyib
  4. Atheism // OxfordDictionaries.com. Oxford University Press. 11 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; eb2011-atheism adlı istinad üçün mətn göstərilməyib
  6. Sitat səhvi: Yanlış <ref> teqi; encyc-philosophy adlı istinad üçün mətn göstərilməyib
  7. Sitat səhvi: Yanlış <ref> teqi; RoweRoutledge adlı istinad üçün mətn göstərilməyib
  8. J.J.C. Smart. Atheism and Agnosticism // Stanford Encyclopedia of Philosophy. Metaphysics Research Lab, Stanford University. 2017. 11 December 2016 tarixində arxivləşdirilib.
  9. Sitat səhvi: Yanlış <ref> teqi; reldef adlı istinad üçün mətn göstərilməyib
  10. Oxford English Dictionary (2nd). 1989. Belief in a deity, or deities, as opposed to atheism
  11. "Merriam-Webster Online Dictionary". 14 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09. ...belief in the existence of a god or gods...
  12. Smart, J.J.C. Zalta, Edward N. (redaktor). "Atheism and Agnosticism". The Stanford Encyclopedia of Philosophy (Spring 2013 Edition). 9 March 2004. 2 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2015.
  13. Sitat səhvi: Yanlış <ref> teqi; drachmann adlı istinad üçün mətn göstərilməyib
  14. 1 2 Whitmarsh, Tim. 8. Atheism on Trial // Battling the Gods: Atheism in the Ancient World. Knopf Doubleday. 2016. ISBN 978-0-307-94877-9.
  15. 1 2 Wootton, David. 1. New Histories of Atheism // Hunter, Michael; Wootton, David (redaktorlar ). Atheism from the Reformation to the Enlightenment. Oxford: Clarendon Press. 1992. ISBN 978-0-19-822736-6.
  16. Armstrong, 1999
  17. Hancock, Ralph. The Legacy of the French Revolution. Lanham, Massachusetts: Rowman and Littlefield Publishers. 1996. səh. 22. ISBN 978-0-8476-7842-6. 30 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30. Extract of page 22 Arxivləşdirilib 29 sentyabr 2015 at the Wayback Machine
  18. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; logical adlı istinad üçün mətn göstərilməyib
  19. Shook, John R. "Skepticism about the Supernatural" (PDF). 2012-10-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.
  20. Sitat səhvi: Yanlış <ref> teqi; Drange-1996 adlı istinad üçün mətn göstərilməyib
  21. Sitat səhvi: Yanlış <ref> teqi; honderich adlı istinad üçün mətn göstərilməyib
  22. Fales, Evan. Naturalism and Physicalism, in Martin, 2006. səh. 122–131.
  23. Baggini, 2003. səh. 3–4.
  24. Stenger, 2007. səh. 17–18, citing Parsons, Keith M. God and the Burden of Proof: Plantinga, Swinburne, and the Analytical Defense of Theism. Amherst, New York: Prometheus Books. 1989. ISBN 978-0-87975-551-5.
  25. Zuckerman, Phil. Martin, Michael T (redaktor). The Cambridge Companion to Atheism. Cambridge: Cambridge University Press. 2007. səh. 56. ISBN 978-0-521-60367-6. OL 22379448M. 31 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
  26. "Religiosity and Atheism Index" (PDF). Zurich: WIN/GIA. 27 iyul 2012. 21 oktyabr 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2013.
  27. "New Survey Shows the World's Most and Least Religious Places". NPR. 13 April 2015. 6 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-29.
  28. Sitat səhvi: Yanlış <ref> teqi; WINGIA 2017 adlı istinad üçün mətn göstərilməyib
  29. Keysar, Ariela; Navarro-Rivera, Juhem. 36. A World of Atheism: Global Demographics // Bullivant, Stephen; Ruse, Michael (redaktorlar ). The Oxford Handbook of Atheism. Oxford University Press. 2017. ISBN 978-0-19-964465-0.
  30. Sitat səhvi: Yanlış <ref> teqi; BBC-2004-demographics adlı istinad üçün mətn göstərilməyib
  31. Sitat səhvi: Yanlış <ref> teqi; eb2007-demographics adlı istinad üçün mətn göstərilməyib
  32. "Gallup International Religiosity Index" (PDF). Washington Post. WIN-Gallup International. April 2015. 1 February 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 January 2016.
  33. Social values, Science and Technology (PDF). Directorate General Research, European Union. 2010. 207. 30 April 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search