Axalkalaki

Axalkalaki
ახალქალაქი
Bayraq Gerb
Bayraq Gerb
41°24′20″ şm. e. 43°29′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1064
Mərkəzin hündürlüyü 1.707 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.693 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 261
Digər
akhalkalaki.gov.ge
Xəritəni göstər/gizlə
Axalkalaki xəritədə
Axalkalaki
Axalkalaki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Axalkalaki (gürc. ახალქალაქი/ახალი ქალაქი – «yeni şəhər»; erm. Ախալքալաք, translit. Axalkalak), həmçinin Axalkələk və ya Axılkələk (türk. Ahılkelek) — Gürcüstanın Samtsxe-Cavaxeti diyarında şəhər, Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi. Axalkalaki Cavaxeti yaylasının üzərində, dəniz səviyyəsindən 1,700 metr (5,600 ft) yüksəklikdə, Axaltsixe şəhərindən 74 kilometr (46 mil) Gürcüstanın Türkiyə ilə olan sərhədindən 30 kilometr (19 mil) uzaqlıqda yerləşir.

2014-ci ildə keçirilən əhali siyahıyaalmasına görə şəhər əhalisinin 93,8%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya imperiyasına keçmişdir. 4 yanvar 1900-cu ildə qəsəbədə gerçəkləşən bir zəlzəlınin nəticəsi olaraq 1.000-dən çox insan həlak olmuşdur. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə qəsəbənin ümumi əhalisi 8.295 nəfərdir.

Şəhərdə bir dəmiryol stansiyası yerləşir. Axalkalakidə erməni dini xadimi Mesrop Maştotsun heykəli var. 2019-cu ilin yanvar ayında şəhərdə Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etmiş və xeyli sayda azərbaycanlı mülki şəxsi qətlə yetirmiş Mixail Avaqyanın büstü yerləşdirilmişdir.

  1. https://www.geostat.ge/en/modules/categories/41/population.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search