Belarus

Belarus
belar. Рэспубліка Беларусь
Bayraq Gerb
Bayraq Gerb
Hospitality Beyond Borders
Himn: "Biz belarusuq", belar. "Мы, беларусы"
Tarixi
 • SSRİ-dən müstəqillik: 25 avqust 1991
Rəsmi dilləri
Paytaxt Minsk
İdarəetmə forması Prezident respublikası
Prezident Aleksandr Lukaşenko
[ 20.VII.1994 ]
Baş Nazir Roman Qolovçenko
Sahəsi Dünyada 86-cı
 • Ümumi 207560 km²
 • Su sahəsi (%) 2,5
Əhalisi
 • Əhali 9 505 000[1] nəfər (92-ci)
 • Siyahıyaalma (2009) 9 503 807 nəf.
 • Sıxlıq 46 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 172,3 milyard dollar (66-cı)
 • Adambaşına 18 200 dollar (87-ci)
Valyuta Belarus rublu
İnternet domeni .by, .бел[d]
ISO kodu BY
BOK kodu BLR
Telefon kodu +375
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Belarus Respublikası

Belarus Respublikası[6] (əvvəlki yazılışı: Belorus;[7] belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur.[8] Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə LitvaLatviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır.[9] XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç PospolitaRusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir.

1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı. Belarusun müasir sərhədləri isə 1939-cu ildə tam olaraq formalaşdı.[10][11] İkinci dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurdu. Belə ki, bu müharibə nəticəsində Belarus əhalisinin təqribən üçdə bir hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirdi.[12] Respublika müharibədən sonrakı dövr ərzində tədricən inkişaf etməyə başladı. Belorusiya SSR Sovet İttifaqının tərkibində olan Ukrayna SSR ilə birlikdə 1945-ci ildə əsası qoyulan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.[13]

27 iyul 1990-cı ildə Belarus Respublikasının parlamenti ölkənin suverenliyi barədə qərar qəbul etdi və 25 avqust 1991-ci il tarixində Sovet İttifaqının dağılması prosesi ərzində öz müstəqilliyini elan etdi.[14] Aleksandr Lukaşenko 1994-cü ildən etibarən ölkənin ilk prezidenti olaraq xidmətini davam etdirir. Hal-hazırda Sovet dövründə olduğu kimi ölkə iqtisadiyyatının əsas hissəsi dövlət mülkiyyəti hesab olunur. Belarus hazırda Avropada ölüm hökmü cəzasından imtina etməyən yeganə dövlətdir.[15][16]

2000-ci ildə Belarus və Rusiya dövlətləri arasında imzalanan müqavilə nəticəsində Birlik Dövləti formalaşmışdır. Belarus əhalisinin 70%-dən çoxu urbanizasiyalaşmış ərazilərdə yaşayır. Etnik cəhətdən əhalinin 80%-dən çoxunu beloruslar, qalan hissənin böyük bir qismini isə etnik ruslar, polyaklarukraynalılar təşkil edir. 1995-ci ildə baş tutmuş referendumdan sonra ölkədə iki rəsmi dil var: belarus dilirus dili. Belarus Konstitusiyasına əsasən heç bir din rəsmi dövlət dini olaraq qəbul olunmasa da, əhalinin əksəriyyəti xristianlığın pravoslavlıq cərəyanına etiqad edir. BMT-nin qurucu üzvlərindən biri olan Belarus, həmçinin Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi BirliyiQoşulmama Hərəkatının üzvüdür. Belarus Avropa İttifaqına qoşulmağa cəhd etməsə də, bu təşkilatla ikitərəfli əməkdaşlığa sahibdir və Aİ-nin iki layihəsində (Şərq TərəfdaşlığıBakı Təşəbbüsü) iştirak edir.

Belarusda əhali danışıq dili olaraq rus dilində danışmağa üstünlük verirlər.Belarusun kəndlərində əsasən Belarus dilində danışılır.

  1. ["Size and natural increase of population // National Statistical Committee of the Republic of Belarus.  (ing.)". 2018-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24. Size and natural increase of population // National Statistical Committee of the Republic of Belarus.  (ing.)]
  2. 1 2 http://naviny.by/rubrics/society/2011/09/16/ic_articles_116_175144/.
  3. 17 // Belarus Konstitusiyası.
  4. 17 // (unspecified title).
  5. http://chartsbin.com/view/edr.
  6. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış sənədlərin siyahısı". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-25.
  7. Александровскаја Лариса Помпејевна // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 226.
  8. UN Statistics Division. "Standard Country and Area Codes Classifications (M49)". United Nations Organization. 1 aprel 2010. 17 aprel 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  9. "Contents". Belstat.gov.by. 18 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  10. Abdelal, Rawi. National purpose in the world economy: post-Soviet states in comparative perspective. Cornell University Press. 2001. ISBN 978-0-8014-3879-0. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
  11. Taylor & Francis Group. Europa World Year, Book 1. Routledge. 2004. ISBN 978-1-85743-254-1. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
  12. Axell, Albert. Russia's Heroes, 1941–45. Carroll & Graf Publishers. 2002. səh. 247. ISBN 0-7867-1011-X.
  13. "United Nations member States – Growth in United Nations membership, 1945–present". 12 iyul 2014 tarixində orijinalından arxivləşdirilib.
  14. "The World Factbook". cia.gov. 2010-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  15. "Belarus's election: What should the EU do about Belarus?". 27 dekabr 2010. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  16. "Foreign Secretary expresses UK concern following Belarus elections". 13 may 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search