Bill Klinton

Bill Klinton
ing. Bill Clinton
20 yanvar 1993 – 20 yanvar 2001
Vitse-prezidentAlbert Qor
ƏvvəlkiCorc Herbert Uoker Buş
SonrakıCorc Uoker Buş
Şəxsi məlumatlar
Doğum adı William Jefferson Blythe III
Doğum tarixi 19 avqust 1946(1946-08-19)[1][2][…] (77 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, avtobioqraf[d], yazıçı, müəllim, dövlət xadimi, saksofonçu[d], qubernator, hüquqşünas
Həyat yoldaşı
Uşağı 1
Dini metodizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hüquqşünaslıq[3]

Təltifləri Müqəddəs Georgi adına "Qələbə" ordeni "Ağ şir" ordeninin böyük xaçı Order of the Cross of Terra Mariana, 1st Class Order of the Cross of Terra Mariana "Ağ şir" ordeni Prezidentin "Azadlıq" medalı "Dövlət nişanı" ordeni Grand Collar of the Order of Good Hope Grand Cross of the National Order of Honor and Merit Order of Mubarak the Great "Kral Əbdüləziz" ordeni
Charlemagne Prize
Philadelphia Liberty Medal Order of Logohu Ellis Island Medal of Honor
"Qremmi" mükafatı
Order of Good Hope National Order of Honour and Merit Prezident medalı
İmzanın şəkli
clintonlibrary.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[1][2][…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir.

1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi.

  1. 1 2 Bill Clinton // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. William Jefferson Clinton // The Peerage (ing.).
  3. 1 2 3 Catalog of the German National Library (alm.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search