C-3PO

C-3PO
Ulduz müharibələri personajı
İlk görünmə "Ulduz müharibələri" (1977)
Yaradan Corc Lukas
Canlandıran
Məlumat
Ləqəb(lər)i Tripio
Növü
  • Droid
Cinsi kişi[d]
Peşə Protokol droidi

C-3PO və ya Si-Tripio (ing. See-Threepio)[1] — "Ulduz müharibələri" kosmik opera franşizasında humanoid robot personaj. Personaj film seriyasının orijinal trilogiyasında, prikvel trilogiyasındasikvel trilogiyasında nümayiş olunmuşdur. Anakin Skayvalker tərəfindən yaradılmış C-3PO etiket qaydaları və adət-ənənələrə riayət, eləcə də tərcümədə kömək etmək üçün hazırlanmış protokol droididir[2] və onun ən təbliğ olunan xüsusiyyəti "altı milyondan çox ünsiyyət formasında səlis danış"masıdır.[3] Astromexaniki droid yoldaşı və dostu R2-D2 ilə birlikdə C-3PO filmlərin narrativ struktura komik relyef təmin edir. Entoni Deniels personajın nümayiş olunmadığı "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) filmi istisna olmaqla bu günə qədər yayımlanan on iki "Ulduz müharibələri" filminin on birində C-3PO-nu canlandırmışdır.[4][a]

Laqeyd təbiətinə baxmayaraq, C-3PO qalaktikanın tarixində mühüm rol oynamışdır. O, Şmi Skayvalker, Lars ailəsi, Padme Amidala, Beyl Orqana, Reymus Antilles, Lyuk Skayvalker, Cabba HatLeya Orqananın xidmətində olmuşdur. Əksər təsvirlərdə C-3PO-nun xarici görünüşü qızıl haşiyədən ibarətdir, lakin gümüşlə örtülənmiş sağ ayağı fərqlənir.[5] C-3PO həmçinin həm kanon, həm də "Ulduz müharibələri: Əfsanələr" ardıcıllıq romanlarında, komikslərində və video oyunlarında tez-tez nümayiş edilmiş və eyni zamanda "Droidlər" animasiya teleserialının baş qəhrəmanı olmuşdur.

  1. Szostak, Phil. The Art of 'Star Wars: The Force Awakens'. Abrams Books. 2015. səh. 252. ISBN 978-1-4197-1780-2.
  2. Star Wars Character Encyclopedia: Updated and Expanded (First). DK Publishing. 2016. səh. 36. ISBN 978-5-0010-1452-2.
  3. Star Wars: Absolutely Everything You Need to Know (Second). DK Publishing. 2016. səh. 48. ISBN 978-5-0010-1453-9.
  4. "Here's who C-3PO actor Anthony Daniels played in 'Solo: A Star Wars Story'". EW.com (ingilis). 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-25.
  5. Mallenbaum, Carly. "Anthony Daniels confirms it: C-3PO's always had a silver leg... 'til now". USA Today. 15 December 2015. 15 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search