Dante Aligyeri

Dante Aligyeri
it. Dante Alighieri
Doğum adı Durante di Alighiero degli Alighieri[4]
Doğum tarixi təq. 1265[1][2]
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1321[3][2]
Vəfat yeri
Vəfat səbəbi malyariya
Dəfn yeri
  • Dante Aligyeri türbəsi[d]
Fəaliyyəti şair, yazıçı, nasir, siyasətçi, filosof, siyasi nəzəriyyəçi[d], intellektual, dilçi
Fəaliyyət illəri 1292-ci ildən
Əsərlərinin dili italyan dili, latın dili[2]
Tanınmış əsərləri
Vikimənbənin loqosu Dante Aligyeri Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265[1][2], Florensiya, Florensiya Respublikası[3][5][…]14 sentyabr 1321[3][2], Ravenna, Papa dövləti[3][5][…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır.

Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292). 1304–1307-ci illərdə Dante fəlsəfi-əxlaqi əsərlər yazmışdır. "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312–1313) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

  1. 1 2 Istituto dell'Enciclopedia Italiana Dante Alighièri // Enciclopedia on line (it.).
  2. 1 2 3 4 5 6 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s. ISBN 978-953-6036-31-8
  3. 1 2 3 4 5 6 Chimenz S. A. ALIGHIERI, Dante // Dizionario Biografico degli Italiani (it.). 1960. Vol. 2.
  4. Montanelli I. Dante Alighieri ovvero Durante di Alighiero degli Alighieri (it.). 1993. ISBN 979-12-80362-09-4
  5. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search