Estoniya

Estoniya

Estoniya Respublikası

Eesti Vabariik  (Eston)
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Epic Estonia
Himn: 

Mu isamaa, mu õnn ja rõõm

"Ata yurdum, xoşbəxtliyim və sevincim"
Tarixi
 • Müstəqilliyin elanı 24 fevral 1918
 • Müstəqilliyin tanınması 2 fevral 1920
 • Sovet və alman işğalları 1940–1991
 • Müstəqilliyin bərpası 20 avqust 1991
 • -yə qoşulması 1 may 2004
Rəsmi dilləri
Paytaxt Tallin
59°25′ şm. e. 24°45′ ş. u.
İdarəetmə forması Unitar parlamentli respublikası
Prezident Alar Karis
Baş nazir Kaya Kallas
Sahəsi Dünyada 129-cu
 • Ümumi

45.339 km2

(17.505 kv. mil) km²
 • Su sahəsi (%) 5,16 (2015)
Əhalisi
 • Əhali 1.331.796 nəfər
 • Siyahıyaalma (2021) 1.331.824 nəf.
 • Sıxlıq 30,6 nəf./km² (148-ci)
ÜDM (AQP)
 • Ümumi $59,557 milyard dollar (114-cü)
 • Adambaşına $44.778 dollar (39-cu)
ÜDM (nominal)
 • Ümumi (2022) $37,202 milyard dollar (97-ci)
 • Adambaşına $27,971 dollar (42-ci)
İİİ (2021) 0,890
Demonim Eston
Valyuta avro
İnternet domeni .ee
ISO kodu EE
BOK kodu EST
Telefon kodu +372
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Estoniya

Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır.[3]

Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

  1. 6 // Constitution of Estonia. 1992.
  2. http://chartsbin.com/view/edr.
  3. Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə. M. Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06–10.11.19197/ARDA, f.970, s.1, i.146, v.19

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search